Redaktor
Bu idarə 6 günə 23 milyonluq tender elan etdi
Təhsil Nazirliyi məktəblər üçün 23 milyon manatlıq tenderlər elan edib.
Valyuta.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində müxtəlif istiqamətli işlərin həyata keçirilməsi üçün bir neçə tender elan olunub.
Elanlardan biri “maşın və avadanlıqlar” xərc maddəsi üzrə müxtəlif malların alınması ilə bağlıdır. Bu layihə üçün 7 milyon 856 min 871 manat məbləğ ayrılıb. Təkliflərin son təqdimetmə tarixi 5 iyun kimi göstərilib.
Eyni tarixdə sanitar-gigiyena xidmətlərinin deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin satın alınması ilə bağlı daha bir tender elan olunub. Bu xidmətlərin təxmini dəyəri 5 milyon 917 min 387 manatdır.
İdarə may ayının ilk həftəsində daha bir müqavilə imzalayıb. Bu satınalma, bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınması və quraşdırılması işlərini əhatə edir. Bu müqavilənin dəyəri isə 9 milyon 310 min 422 manat təşkil edir.
Hazırda bütün tenderlər üzrə proseslər davam edir. Hər üç tender üçün təkliflərin son təqdim olunma tarixi iyunun 6-sı təqdim olunub.
Qeyd edək ki, qeyd olunan üç tenderin ümumi məbləği 23 milyon 84 min 682 manat təşkil edib. Layihələrin qanuni təmsilçisi Mirzəliyev Valeh Taleh oğludur. Tenderlər dövlət qeydiyyatına alınıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026