Redaktor
BP şirkətinin mənfəəti kəskin azalıb
Britaniyanın neft və qaz şirkəti olan BP satışların zəifləməsi və aşağı emal marjları səbəbindən 2024-cü ilin ilk rübündə xalis mənfəətinin ciddi şəkildə azaldığını açıqlayıb.
Valyuta.az AFP agentliyinə istinadən xəbər verir ki, BP tərəfindən verilən məlumata əsasən, cari ilin ilk üç ayında vergi sonrası xalis mənfəət 687 milyon dollara düşüb. Halbuki 2023-cü ilin eyni dövründə bu rəqəm 2,3 milyard dollar idi.
ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən tətbiq edilən yeni gömrük rüsumları nəticəsində xam neftin qiymətində baş verən son eniş, BP və digər böyük neft şirkətlərinə də mənfi təsir göstərib.
Şirkətin ümumi gəliri isə 4 faiz azalaraq 48 milyard dollar həddinin altına enib.
BP-nin baş direktoru Mörrey Okinkloss bildirib: "Bazar dəyişikliklərini diqqətlə izləyirik və çevik hərəkətə fokuslanmaqda davam edirik".
Son dövrlər çətinliklərlə üzləşən enerji nəhəngi, karbon emissiyalarını azaltmaqla bağlı bir zamanlar lider mövqedə olduğu strategiyasını təxirə salaraq, daha sərfəli hesab etdiyi fosil yanacaq istehsalına yenidən diqqət yetirməyə başlayıb.
Bu qərar ekoloji təşkilatlar arasında böyük məyusluğa səbəb olub. Şirkət, illik 5 milyard dollardan artıq olan təmiz enerji investisiyalarını da əhəmiyyətli dərəcədə azaldıb.
Okinkloss BP-nin mənfəəti artırmaq və xərcləri azaltmaq üzrə planlarına güvəndiyini qeyd edib.
Şirkətin strategiya dəyişikliyi, BP üçün çətin keçən ticarət ilindən sonra baş verib. Dünyanın müxtəlif ölkələrinin karbon emissiyalarını azaltmaq istiqamətində ciddi səylər göstərdiyi bir vaxtda, investorların BP-nin səhmlərinin dəyərini artırması ilə bağlı təzyiqləri də davam edir.
Bundan əlavə, şirkət ötən həftə ABŞ-ın aktivist investisiya fondu olan Elliott Investment Managementin BP-nin səhmlərinin 5 faizindən bir qədər çoxunu əldə etdiyini təsdiqləyib.
Analitiklərə görə, sözügedən fond, sərmayə yatırdığı şirkətlərdə korporativ dəyişiklikləri təşviq etməsi ilə tanınır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026