"Bank Respublika"da əmanət itkisi, borc yükü və riskli kreditlər artır - Quliyevlərin bankında böhran?

Redaktor

17.11.2025 13:35
2,545

"Bank Respublika"da əmanət itkisi, borc yükü və riskli kreditlər artır - Quliyevlərin bankında böhran?

“Bank Respublika”nın 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatı bankda ciddi maliyyə problemlərinin və risklərinin mövcud olduğunu üzə çıxarıb. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, bankda əmanətçi çıxışları, öhdəliklərin artması, faiz xərclərinin yüksəlməsi və vaxtı keçmiş kreditlərin iki dəfə artması müşahidə olunur.

Əmanət axını sürətlənib

Cari ilin üçüncü rübündə fiziki şəxslərin bankdakı əmanətlərində ciddi azalma baş verib. 2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867,85 min manat olduğu halda, bu göstərici 2025-ci ilin eyni dövründə 602 milyon 476,18 min manata düşüb. Yəni bir il ərzində 47 milyon 391 min manat və ya 7,29% azalma qeydə alınıb.

Əmanətlərin azalması təkcə fiziki şəxslərlə məhdudlaşmır. Ümumilikdə bankın depozit portfelində 33,7 milyon manat həcmində çıxış qeydə alınıb.

Əmanət həcmlərinin dəyişməsi
Dövr Məbləğ (AZN) Dəyişiklik (%)
2024-cü il Q3 649,867,850
2025-ci il Q3 602,476,180 -7.29%

Nağd vəsaitlərin azalması

Bankın nağd pul vəsaitləri də əhəmiyyətli şəkildə azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 175 milyon 432,19 min manat və ya 32,2% azalaraq 368 milyon 841,63 min manata düşüb.

Borclar artır: Bankın öhdəlikləri kəskin yüksəlib

Bankın ümumi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 25,74% artaraq 2 milyard 487 milyon 33,5 min manata çatıb. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında yaranan borclar hesabına baş verib. Belə ki, bu öhdəliklər 2024-cü ildə 520 milyon 649,73 min manat olduğu halda, 2025-ci ildə 864 milyon 60,94 min manat olub. Bu, 343 milyon 411,21 min manat və ya təxminən 66% artım deməkdir.

Kredit təşkilatları qarşısında öhdəliklər
İl Məbləğ (AZN) Artım (%)
2024 520,649,730
2025 864,060,940 +66%

Faiz xərcləri sürətlə artır

Bankın faiz xərcləri də artmaqda davam edir. 2025-ci ilin ilk doqquz ayında bank 90 milyon 839,35 min manat faiz ödənişi həyata keçirib ki, bu da ötən illə müqayisədə 43,76% artım deməkdir.

Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 2,85 dəfə artaraq 46 milyon 214,38 min manata çatıb. Mərkəzi Bank və dövlət fondları qarşısında faiz ödənişləri isə 169 dəfə artaraq 429,62 min manat təşkil edib. Bu, bankın maliyyə yükünün kəskin ağırlaşdığını göstərir.

Problemli kreditlər iki dəfə artıb

Bankın problemli kredit portfeli də böyüməkdədir. 2025-ci ilin üçüncü rübündə vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667,26 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artıb. Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,25%-ə çatıb.

Bu dinamika bankın risk idarəçiliyi və kredit siyasətində problemlərin olduğunu göstərir.

Səhmdarlar kimlərdir?

Bankın səhmdar strukturu ailədaxili pay bölgüsünün üstünlük təşkil etdiyini göstərir. “Bank Respublika”nın əsas səhmdarları Quliyev ailəsinin üzvləridir:

Bankın səhmdar strukturu
Səhmdar 2024, % 2023, %
Quliyev Natiq Saday oğlu 63.32 63.32
Quliyev Elçin Saday oğlu 18.46 18.46
Quliyev Namiq Saday oğlu 8.47 8.47
Rəhimov Şakir Xəyyam oğlu 5.45 5.45
SIDT (Sparkassen International Development Trust GmbH) 4.22 4.22
Digərləri 0.08 0.08
Cəmi 100 100

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...