Redaktor
28.02.2025 12:40
524
Bakı sakinlərinin nəzərinə: Bəzi binalar söküləcək
Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.
Valyuta.az Xəzər TV-yə istinadən məlumat verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq.
Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.
48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən bildirilib ki, rayon ərazisində 215 qismən qəzalı bina var.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.
Ətraflı süjetdə:
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNiyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026Məzənnə
Yüklənir...