Redaktor
Azərbaycanda istirahət üçün ən çox üz tutulan rayonlar: Bu il qiymətlər necə dəyişəcək? - AÇIQLAMA
Yay mövsümi ilə əlaqədar turizm sahəsi daha çox canlanır. İstəyinə və cibinə uyğun olaraq istirahət etmək istəyən insanlar daha çox respublikanın rayonlarına üz tutmağa üstünlük verirlər. Yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələn turistlər də dincəlmək üçün regionlara üz tuturlar.
Bəs insanlar daha çox hansı zonalara üz tuturlar və qiymətlər keçən illə müqayisədə nə dərəcədə dəyişib?
Mövzu ilə bağlı danışan turizm eksperti Rəhim Qədirov bildirib ki, Azərbaycanda 4 əsas turizm marşrutu var.
“Vətəndaşlarımızla yanaşı, xarici turistlər də bu istiqamətlərə daha çox üstünlük verirlər. Ancaq konkret olaraq ad çəksəm Quba, Qusar, Şamaxı, Qəbələ, Şəki, Masallı, Astara rayonları turistlərin yay mövsümündə ən çox üz tutduğu istiqamətlərdir. Sizə də məlumdur ki, bir neçə ildir dövlət sərhədləri bağlıdır. Bu məqam daxili turizmin canlanmasına və insanların Azərbaycanın rayonlarında istirahət etməsinə böyük təkan verir. Belə ki, azacıq turizm potensialı olan rayonlarımız da yay mövsümündə turist sarıdan əziyyət çəkmir”.
Ekspert qeyd edib ki, daxili turizmdə son illərə nisbətən qiymət artımı müşahidə edilir.
“Bunun da bir sıra səbəbləri var. Qrup halında təşkil edilən daxili turlarda Gürcüstan nömrə nişanlı avtomobillərə qoyulan qadağalar bazarda nəqliyyat xidmətlərində qiymət artımına səbəb olub. Bu da öz növbəsində daxili turlarda qiymət artımına gətirib çıxarır. Bundan əlavə ümumi malların dəyərində qiymət artımları var ki, bu da birbaşa və ya dolayı yolla iaşə obyektlərinə, hotellərə təsirsiz ötüşmür. Yuxarıda da qeyd etdiyim kimi, sərhədlər bağlı olduğundan daxili turizmə tələbat artıb ki, bu da qonaqlama obyektlərində sıxlığa səbəb olur. Nəticədə, yenidən qiymət artımları ilə üzləşirik. Ötən illərə nisbətən bu il qiymət artımı müşahidə olunacaq".
Rəhim Qədirovun sözlərinə görə, bu il əhalinin ən çox getmək istədiyi istiqamətlər işğaldan azad olunan rayonlardır:
“Şuşaya, Laçına və Kəlbəcərə səfər etmək istəyən insanların sayı həddən artıq çoxdur. Mən inanıram ki, bir neçə mövsüm sonra adını çəkdiyim rayonlar turizm potensialı baxımından Azərbaycanın bu sahə üzrə ən öndə gedən istiqamətləri olacaqlar”.
© Sfera
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025