Redaktor
ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) fərdi sahibkar Sabir Təvəl Fərəzliyevlə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, ANAMA sahibkardan nəqliyyat vasitələri və texnikalar üçün təkər almağı planlaşdırır.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 390 379,4 manatdır.
Sabir Fərzəliyev iş adamı Tahir Fərzəliyevin qardaşıdır. Tahir Fərzəliyev bir neçə il öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 6 229 manat cərimə olunması ilə gündəmə gəlmişdi.
Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, Tahir Fərzəliyev Türkiyə istehsalı olan mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim edib. Eləcə də onun İranda istehsal olunan və Azərbaycana idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib. Bununla bağlı iş qaldırılıb. İşə baxılmanın nəticəsi olaraq, sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.
Hüseyn
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Tələbəlikdə ofisiant idi, sonra biznes sahibi oldu" - indi işçilərinə 5000 manat maaş verir
18.12.2025Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
18.12.2025BP-nin Baş icraçı direktoru dəyişdi
18.12.2025131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"
18.12.2025Milyarderlər siyahısına onun da adı əlavə olundu
18.12.202524 milyonluq şirkətə 5 milyonluq sifariş
18.12.2025Azərbaycan nefti bahalaşdı
18.12.2025
Başqasının adına şirkət təsis etmək hüquqi baxımdan nə dərəcədə asandır?
18.12.2025Azərbaycandan ən çox neft alan 5 ölkə - CƏDVƏL
18.12.2025Dollar sabit qaldı, Rubl ucuzlaşdı
18.12.2025