Ağıllı düşünmə qabiliyyətinə malik süni intellekt modelləri 100 dəfə çox enerji sərf edir

Redaktor

09.12.2025 17:00
3,327

Ağıllı düşünmə qabiliyyətinə malik süni intellekt modelləri 100 dəfə çox enerji sərf edir

Süni intellekt modellərində ağıllı düşünmə (reasoning) xüsusiyyətinin enerji sərfiyyatını necə kəskin artırdığını göstərən yeni araşdırma, məlumat mərkəzləri və elektrik şəbəkələrinə dair narahatlıqları gücləndirir.

Valyuta.az xəbər verir ki, süni intellekt tərtibatçılarının böyük hissəsi insanların düşünmə tərzini təqlid edən reasoning qabiliyyətinə malik modellər üzərində çalışır. Lakin yeni araşdırmalar bu inkişaf etmiş sistemlərin xeyli daha çox enerji sərf etdiyini üzə çıxarıb.

Cümə axşamı dərc edilən tədqiqata görə, reasoning funksiyası aktiv olan modellər, 1.000 yazılı əmri cavablandırarkən bu xüsusiyyət deaktiv modellərə nisbətən orta hesabla 100 dəfə artıq enerji istifadə edib.

Araşdırma “AI Energy Score” layihəsi çərçivəsində “Hugging Face” tədqiqatçısı Saşa Lussoni ilə “Salesforce”un süni intellekt dayanıqlılığı üzrə mütəxəssisi Boris Qamazayçikov tərəfindən aparılıb.

Tədqiqat zamanı “OpenAI”, “Google” (Alphabet) və “Microsoft” kimi aparıcı şirkətlərin açıq girişli 40 süni intellekt modeli analiz edilib. Modeller arasında enerji istifadəsi baxımından ciddi fərqlər də qeydə alınıb. Çinin “DeepSeek” şirkətinin bir modeli bu sahədə ən diqqətçəkən nümunələrdən biri olub.

“DeepSeek R1” modelinin kiçildilmiş versiyası reasoning deaktiv halda 1.000 əmri emal etmək üçün cəmi 50 vat saat enerji sərf edib. Bu, 50 vatlıq bir lampanın 1 saat yanmasına bərabərdir. Lakin reasoning aktiv halda eyni tapşırıqlar 308.186 vat saata yüksəlib.

Süni intellektə olan tələbin sürətlə yüksəlməsi texnologiya şirkətlərini yeni məlumat mərkəzləri tikməyə məcbur edir. Bu isə elektrik şəbəkələrinə əlavə yük saldığı və istehlakçıların enerji xərclərini artırdığı üçün narahatlıqlara səbəb olur.

“Bloomberg”in sentyabr ayında apardığı araşdırma göstərib ki, məlumat mərkəzlərinin yerləşdiyi bölgələrdə topdansatış elektrik qiymətləri son beş ildə 267 faizə qədər yüksəlib.

Eyni zamanda “Microsoft”, “Google” və “Amazon” məlumat mərkəzlərinin uzunmüddətli iqlim hədəflərini çətinləşdirdiyini daha əvvəl etiraf etmişdi.

“OpenAI”ın ilk reasoning modeli olan “o1” bir ildən artıq əvvəl təqdim edilmişdi. Əvvəlki modellər suallara dərhal cavab verirdisə, o1 cavab yaratmazdan əvvəl daha çox hesablamaya ehtiyac duyurdu. Bu yanaşma sonradan geniş yayıldı və bir çox şirkət oxşar sistemlər hazırlamağa başlayıb.

Bu modellər elm, riyaziyyat və proqram təminatı kimi çoxaddımlı mürəkkəb tapşırıqlarda üstün performans göstərsə də, enerji tələbatı ilə bağlı indiyədək genişmiqyaslı araşdırma aparılmamışdı.

Tədqiqatçılar bildirir ki, enerji istifadəsindəki artımın əsas səbəbi reasoning modellərinin cavab hazırlayarkən xeyli daha çox mətn yaratmasıdır.

Lussoni deyib ki, hesabat süni intellektin dəyişən enerji ehtiyaclarını daha yaxşı anlamağa kömək etməlidir. O həmçinin vurğulayıb:

“Hər iş üçün ən ağır modeli istifadə etməyimiz vacib deyil. Tapşırığa uyğun model seçimi önəmlidir”.

Bütün modellər eyni avadanlıq və eyni əmrlər toplusu ilə sınaqdan keçirilib. Əmrlər sadə suallardan (məsələn, müəyyən bir ilin “Super Bowl” qalibi) mürəkkəb riyazi məsələlərə qədər uzanıb. Enerji istifadəsi “CodeCarbon” adlı vasitə ilə real vaxtda ölçülüb.

Nəticələr arasında böyük fərqlər müşahidə olunub:

"Microsoft"un Phi 4 reasoning modeli:
* Reasoning aktiv: 9.462 vat saat
* Reasoning deaktiv: 18 vat saat

"OpenAI"ın ən böyük “GPT-OSS” modeli:
* “High” reasoning aktiv: 8.504 vat saat
* “Low” reasoning aktiv: 5.313 vat saat

Aidiyyəti şirkətlər məsələ ilə bağlı şərh verməyib.

"Google"ın avqustda dərc etdiyi daxili araşdırmaya görə “Gemini” xidmətində orta bir mətn əmri 0,24 vat saat enerji sərf edir. Şirkət bu göstəricinin “ictimaiyyətə açıq bir çox təxminlərdən xeyli aşağı” olduğunu bildirib.

İndiyədək süni intellekt enerjisi daha çox təlim prosesləri kontekstində müzakirə olunurdu. Lakin şirkətlər artıq təlimdən çox işlənən modellərin istifadəsinə — yəni inference mərhələsinə — daha çox resurs ayırır. Reasoning modellərinin yayılması da bu tendensiyanı gücləndirir.

“Microsoft”un baş direktoru Satya Nadella noyabr ayında verdiyi açıqlamada bildirib ki, sektor enerji istifadəsinə dair ictimai qəbul formalaşdırmalıdır və bunun üçün süni intellektin cəmiyyətə real fayda verməsi vacibdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar

03.03.2026

"Cursor"un illik gəliri 2 milyard dolları keçib

03.03.2026

İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

03.03.2026

Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb

03.03.2026

"Paramount" platformalarını birləşdirməyi planlaşdırır

03.03.2026

Bakıda estetik klinika 20 000 manat cərimələndi

03.03.2026

Bağlanan özəl universitetin binası BDU-ya verildi

03.03.2026

İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib

03.03.2026

Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi

03.03.2026

Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq

03.03.2026

"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq

03.03.2026

Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək

03.03.2026

Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

03.03.2026

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb

03.03.2026

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

03.03.2026

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

03.03.2026

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Məzənnə

Yüklənir...