Adil Alper Coşkun
İnşaat mühəndisi, layihə meneceri
Hər bir layihəyə başladığımda qarşıma çox vaxt dağ kimi yığılıb qalmış problemlər çıxır. Hətta bir çox hallarda komandam belə hələ hazır olmur. Lakin bu hal məni ruhdan salmır. Problemləri düzgün şəkildə prioritetləşdirərək, kiçik hissələrə bölərək və doğru heyəti formalaşdıraraq istənilən layihəyə nəzarəti ələ almağı bacarıram.
İşlər həmişə çətin başlayır, amma düzgün idarə olunan çətin başlanğıclar güclü nəticələr verir. Bu yazıda Asiya, Afrika və Avropa qitələrində, səkkiz müxtəlif ölkədə yer aldığım layihələrdə mənə rəhbərlik edən və işimi praktikada asanlaşdıran 5 əsas prinsipi paylaşmaq istəyirəm.
Pareto prinsipi (80/20 qaydası)
Hər nəticənin 80%-i, səbəblərin yalnız 20%-indən qaynaqlanır. Layihəyə başlayarkən özümə “əsl təsiri yaradacaq o 20%-lik sahə haradır?” sualını verirəm. Bu yanaşma həm heyət seçimi, həm də resurs planlamasında mənə aydınlıq gətirir. Ən böyük təsiri yaradacaq nöqtəyə fokuslanmaq məhdud vaxtda böyük nəticələr əldə etməyə imkan verir.
Mörfi qanunu və “B planı” zərurəti
Səhv gedə biləcək hər şey, gec-tez səhv gedəcək. Buna görə də hər zaman “bu işin pis ssenarisi nə ola bilər?” sualına cavab axtarıram. Hər layihədə daha ilk həftələrdən mümkün nasazlıqlar üçün ehtiyat planımı hazırlayıram və bu düşüncə tərzini komandama da aşılamağa çalışıram. Hazırlıqlı olan menecer böhranı fürsətə çevirə bilir.
Oyunun qaydalarını erkən başa düşmək
Bir işə başlamazdan əvvəl, həmin layihədə sürətli irəliləyişin “hiylə nöqtələri” hansılardır – bunu anlamağa çalışıram. Layihənin mədəniyyəti, sifarişçinin gözləntiləri, texniki proseslərin darboğazları – bütün bunları erkən mərhələdə analiz edirəm. Çünki layihə intensivləşdikdə bu cür təhlillərə artıq vaxt qalmır.
Kritik təsir yaradacaq heyəti formalaşdırmaq
Komandam hələ hazır olmasa belə, ilk təyin etdiyim vəzifələr həmişə ən çox böhran yarada biləcək sahələrə olur. Çünki başlanğıcda ən riskli sahələri nəzarətə almaq layihəni daha əvvəlcədən balansda saxlayır. Yaxşı bir sahə rəisi, güclü bir elektrik mühəndisi və ya təcrübəli müqavilə meneceri çox vaxt real fərq yaradır.
Problemi yazmaq – həllin yarısıdır
Zehində dolaşan problemlər qeyri-müəyyənlik yaradır. Amma həmin problemi yazılı şəkildə ifadə etdiyiniz anda, həll yolu sanki özünü göstərir. Xüsusilə texniki məsələlərdə yazılı analiz təkcə sizə deyil, komanda daxilində ünsiyyətə də aydınlıq gətirir.
Bu 5 prinsip bir çox layihədə mənə zaman qazandırdı, böhranları daha asan idarə etməyimə kömək etdi və komandalarımla daha səmərəli işləməyimi təmin etdi. Ümid edirəm ki, sizin layihələrinizdə də eyni şəkildə töhfə verər.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
11.12.20255 aptekdə nöqsanlar aşkarlandı
11.12.2025Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır
11.12.2025ABŞ turistlərdən 5 illik sosial media məlumatları tələb edə bilər
11.12.2025Qaçaqmalçılığa qarşı mübarizə: "Nvidia" çiplərini izləyəcək
11.12.2025Şəxsi sığorta üzrə ödənişlər 6,8% azalıb
11.12.2025Bakıda populyar restoranlarda Yeni ili qarşılamaq neçəyə başa gəlir? - Qiymətlər
11.12.2025Vergi borcu olan şirkət ləğv olunur
11.12.2025Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir ®
11.12.2025Yeni icra başçısı şöbə müdirini işdən çıxardı
11.12.2025"Paysis"in (Epul.az) fəaliyyəti dayandırıldı - Qanunsuz qumar oyunlarına görə...
11.12.2025Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 2 mlrd. manat azalıb
11.12.2025