Redaktor
2029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?
"Goldman Sachs Group Inc." bankının analitikləri bildiriblər ki, misin tonunun 11 000 dollardan yuxarı bahalaşması qısamüddətli olacaq. Metal hələ də kifayət qədərdir və qıtlıq proqnozlaşdırılmır.
Qaynarinfo xəbər verir ki, "Bloomberg"in sitat gətirdiyi ekspertlərin sözlərinə görə, mis qiymətlərində son artımın böyük hissəsi hazırkı fundamental göstəricilərə deyil, gələcək çatışmazlıq gözləntilərinə əsaslanır: "Biz 11 000 dolların üzərindəki mövcud sıçrayışın davamlı olacağını gözləmirik".
Hərçənd "Goldman" 2026-cı ilin birinci yarısı üçün mis üzrə proqnozunu artırıb və ABŞ-ın tətbiq etdiyi rüsumların qiymətləri dəstəkləyəcəyini bildirib. Bank hesab edir ki, ABŞ-dan kənarda "tənqidi dərəcədə aşağı" ehtiyatların yaranmasının qarşısını daha yüksək regional mükafatlar və London birjasında alış-satış fərqlərinin daralması sayəsində almaq mümkündür. Analitiklərin məlumatına görə, bu il tələb təklifi yarım milyon ton üstələməyəcək və 2029-cu ilə qədər mis qıtlığı gözlənilmir.
"2026-cı ildə 160 min ton səviyyəsində proqnozlaşdırdığımız daha kiçik profisit bazarı balanslaşmaya yaxınlaşdırsa da, bu o deməkdir ki, yaxın zamanda qlobal mis bazarında qıtlıq gözləmirik", deyə analitiklər qeyd edir.
Onların sözlərinə görə, 2026-cı ildə misin qiyməti ton üçün 10 000–11 000 dollar diapazonunda olacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?
05.12.20252029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?
05.12.2025Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
05.12.2025Bu il ABŞ-da bir milyondan çox iş yeri ixtisar edilib
05.12.2025Zəka Mirzəyev iki müşavirini işdən çıxardı
05.12.2025"Azərpambıq"ın xaricə satışdan gəlirləri 13,4 milyon dollar azalıb
05.12.2025Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 38,7 milyon manat azalıb
05.12.2025İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir?
05.12.202521 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir
05.12.2025Bu marşrutun avtobusları yeniləndi
05.12.2025"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?
05.12.2025Şirkət rəhbəri borca görə məhkəməyə verildi
05.12.2025Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək
05.12.2025"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM
05.12.202521 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
05.12.2025Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®
05.12.2025