Redaktor
"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?
Ultranazik “iPhone Air” satışdan sonra çox kəskin ucuzlaşıb - “SellCell” məlumatlarına görə, satışa çıxarıldıqdan cəmi on həftə sonra telefon başlanğıc qiymətindən 44–47% aşağıya satılır.
Valyuta.az xəbər verir ki, araşdırma ABŞ-da telefonların geri alınması ilə məşğul olan 40 şirkətin məlumatlarına əsaslanır. Bildirilir ki, bu, son illərdə bütün "Apple iPhone" modelləri arasında ən pis göstəricidir.
Xüsusilə 1 TB yaddaşa malik “iPhone Air” versiyası ən çox dəyər itirən model olub. Analitiklər bildirirlər ki, buna bənzər göstəricilər yalnız 2022-ci ildə “iPhone 14 Plus” və “iPhone 13 mini” modellərində qeydə alınmışdı.
Digər yeni "Apple" smartfonları ikinci əl bazarında belə kəskin ucuzlaşma göstərmir: ən az dəyər itirən 256 GB-lıq “iPhone 17 Pro Max” olub — model qiymətinin 26,1%-ni itirib. Əsas “iPhone 17” isə 32,9%-dan 40,8%-ə qədər ucuzlaşıb ki, bu da əvvəlki modellərin göstəricilərinə yaxındır.
Məlumatlar göstərir ki, "iPhone 17" qiymətləri satışın onuncu həftəsinə doğru sabitləşib, lakin "iPhone Air" üçün təkrar satış dəyəri düşməkdə davam edir. Ekspertlər bunu alıcıların bu modelin uzunmüddətli dəyəri barədə şübhələri ilə izah edirlər.
Xatırladaq ki, "iPhone Air" modelində rekord dərəcədə nazik — 5,6 millimetrlik — korpusa nail olmaq bir sıra kompromislər tələb edib. Cihaz daha kiçik tutumlu batareya və cəmi bir əsas kamera ilə təqdim olunub, lakin buna baxmayaraq 1000 dollar qiymət saxlanılıb.
Bundan əvvəl yayılan məlumatlara görə, "iPhone Air" satışlarının uğursuzluğu "Android" istehsalçılarını öz ultranazik smartfonlarından imtina etməyə vadar edib. Əsas çətinlik isə 6 mm-dən nazik qurğu hazırlayıb texniki göstəricilərdən güzəştə getməməkdir.
Bununla belə, "Apple" ilk modelin uğursuzluğuna baxmayaraq “iPhone Air 2” istehsal etməyi planlaşdırır. Mənbənin məlumatına görə, əsas yenilik 48 MP-lik ultra genişbucaqlı kameranın əlavə olunması olacaq; bu kamera əsas 48 MP modulunu tamamlayacaq və əsas "iPhone 17" ilə oxşar quruluşa sahib olacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBankların xarici valyutada maliyyə institutlarına kreditləri 38,7 milyon manat azalıb
05.12.2025İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir?
05.12.202521 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir
05.12.2025Bu marşrutun avtobusları yeniləndi
05.12.2025"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?
05.12.2025Şirkət rəhbəri borca görə məhkəməyə verildi
05.12.2025Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək
05.12.2025"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM
05.12.202521 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
05.12.2025Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®
05.12.2025