Redaktor
Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?
2025-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz sektorundan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,7 faiz artıb. Dövlət Vergi Xidmətinin məlumatına görə, bu sektordan daxil olmalar daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib. Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bu artım iqtisadi canlanma, yoxsa vergi yükünün ağırlaşması deməkdir?
Valyuta.az xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, söhbət fantastik rəqəmlərdən getmədiyi üçün bunu orta tempdə, stabil artım kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, prosesə iki fərqli prizmadan yanaşmaq mümkündür:
"Əgər vergi daxilolmaları artıbsa, bu, iqtisadi aktivliyin yüksəlməsi, sahibkarların və dövriyyələrin çoxalması, büdcə ödənişlərinin artması ilə bağlı ola bilər. Digər tərəfdən, vergi yükünün artırılması, əvvəlki dövrlər üzrə yığılmayan vergilərin tələb olunması, kameralların genişləndirilməsi və bəzi sahələrdə vergi-rüsum artımları hesabına da bu göstəricilər yüksələ bilər. Büdcə daxil olmalarına diqqət yetirdikdə görərik ki, kiçik və orta sahibkarlıqdan daxilolma 5, 6,7 faiz civarındadır. O deməkdir ki, ölkədə hansısa bir iqtisadi aktivlik artıbsa, kiçik və orta sahibkarlıq subyektlərində inkişaf getməli, müəyyən artımlar olmalı idi. Onların dövlət büdcəsinə ödədiyi vəsaitin həm kəmiyyətcə, həm də miqdarca sayı artmalı idi. Hazırkı dinamika daha çox ikinci yanaşmanı xatırladır".

Sosial vəziyyətə necə təsir edəcək?
Vergi daxilolmalarının artmasının vətəndaşların sosial vəziyyətinə təsirləri haqqında da danışan Asif İbrahimov bildirib ki, bu daxilolmalar müəyyən aktivlik yarada, dolayısı ilə əhalinin sosial vəziyyətinə müəyyən təsirini göstərə bilər:
"Azərbaycan iqtisadi modelində aktiv əmək qabiliyyətli şəxslərin böyük bir hissəsi, təqribən 55-60 faizi dövlət qurumlarında və yaxud da dövlətdən maliyələşən təşkilatlarda çalışırlar. Üstəlik, pensiyaçılar və təqaüdçülər də dövlət büdcəsi hesabına təmin olunur. Bundan başqa dövlət büdcəsindən icra olunan layihələr də var. Bu artım sosial vəziyyətə müəyyən təsir edə bilər".
Neftdən asılılıqdan qurtulmaq mümkündürmü?
"Qeyri-neft sektorundakı bu artım bizi gələcəkdə neftdən gələn gəlirlərdən asılı olmaqdan qurtara bilərmi” sualına cavab olaraq iqtisadçı bildirib ki, yaxın perspektivdə bu, real görünmür:
"Yaxın perespektivdə struktur islahatların aparılması həyata keçirilməzsə, qeyri-neft sektordan büdcəyə daxil olmalar artması, bu sektorda ümumi artımın olması real görünmür. Hazırda dövlət büdcəsinə daxilolmaların 45–50 faizi Dövlət Neft Fondu, büdcəyə valyuta daxilolmalarının isə təxminən 80 faizi neft sektoru hesabına formalaşır. Bu da göstərir ki, qeyri-neft sektorunun payı hələlik çox azdır".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərVəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO
05.12.2025Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO
05.12.2025Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?
05.12.20252029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?
05.12.2025Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
05.12.2025Bu il ABŞ-da bir milyondan çox iş yeri ixtisar edilib
05.12.2025Zəka Mirzəyev iki müşavirini işdən çıxardı
05.12.2025"Azərpambıq"ın xaricə satışdan gəlirləri 13,4 milyon dollar azalıb
05.12.2025Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 38,7 milyon manat azalıb
05.12.2025İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir?
05.12.202521 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir
05.12.2025Bu marşrutun avtobusları yeniləndi
05.12.2025"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?
05.12.2025Şirkət rəhbəri borca görə məhkəməyə verildi
05.12.2025Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək
05.12.2025"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM
05.12.202521 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
05.12.2025Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®
05.12.2025