2025-ci ilin ilk rübündə sığorta bazarına kimlər liderlik edib? - TOP 5

Redaktor

30.04.2025 17:00
679

2025-ci ilin ilk rübündə sığorta bazarına kimlər liderlik edib? - TOP 5

Risklərin artdığı bir dövrdə sığorta, həm fərdi şəxslər, həm də şirkətlər üçün həyatın ayrılmaz bir hissəsinə çevrilir. Azərbaycanda sığorta bazarı son illər sürətlə inkişaf edərək, daha geniş kütləni əhatə edir. Bu ilin yanvar-mart aylarında sığorta yığımlarında artımın müşahidə edilməsi bu tendensiyanın davam etdiyini göstərir.

Valyuta.az bu ilin ilk rübündə sığorta bazarındakı yığımlarda əsaslı paya sahib olan şirkətləri araşdırıb.

Bu ilin yanvar-mart aylarında "Paşa Həyat Sığorta" şirkəti 161 milyon 832 min manat sığorta haqqı toplayıb. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% artım nümayiş etdirir. Şirkətin bazardakı payı isə bu ilin yanvar-mart aylarında 40,55%, ötən ilin müvafiq dövründə isə 48,48% olub. Yəni, şirkət bazarın əsaslı hissəsinə sahibdir. 

"Paşa Sığorta" şirkəti yanvar-mart aylarında 114 milyon 882 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,92% azalma göstərir. Şirkətin bazardakı payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,29% azalaraq 31,07%-ə enib.

Bu ilin yanvar-mart aylarında "Atəşgah Həyat" Sığorta şirkəti 27 milyon 625 min manat sığorta haqqı toplayıb. Bu, əvvəlki illə müqayisədə 22,03% artım deməkdir. Şirkətin bazardakı payı 6,92%-ə çatıb, ötən ilin eyni dövründə isə bu göstərici 6,06% idi.

"Qala Sığorta" şirkəti yanvar-mart aylarında 25 milyon 181 min manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilə nisbətən 9,35% azalma təşkil edir. Şirkətin bazardakı payı isə 6,31%-dir. Əvvəlki il isə bu göstərici 7,45% olub.

"Atəşgah" Sığorta şirkəti isə yanvar-mart aylarında 14 milyon 849 min manat toplayıb. Bu hesabat ötən ilin eyni dövrü ilə müqayisədə 21,18% çoxdur.  Şirkətin bazardakı payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,44% artaraq 3,72%-ə yüksəlib.

Ümumilikdə isə bu ilin yanvar-mart aylarında sığorta şirkətlərinin xətti ilə 399 milyon 83 min manat sığorta haqqı toplanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,95% çoxdur. 2024-cü ildə bu rəqəm 373 milyon 140 min manat idi.

Maya Hüseynova

2025-ci ilin ilk rübündə sığorta bazarına kimlər liderlik edib? - TOP 5

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026

Məzənnə

Yüklənir...