Redaktor
30 sürücü məsuliyyətə cəlb olundu (FOTOLAR)
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Valyuta.az-a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Bu və digər qayda pozuntusuna yol verən 30 sürücü saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa, narkotik vasitənin təsiri altında avtomobil idarə edən Rufan Azəri və Elgiz Qurbanov idarə etdikləri avtomobil ilə saxlanılıb, barələrində protokol tərtib edilərək məhkəməyə göndərilib.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT
26.12.2025Yeni il süfrəsində balıq yemək lüksə çevrildi - Qiymətlər necədir?
26.12.2025Mərkəzi Bank “AtaSığorta”ya məcburi göstərişi verdi
26.12.2025Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
26.12.2025Bakıda müəllimlər 1088 manat maaş alırlar - RƏSMİ
26.12.2025“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki
26.12.2025Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi
26.12.2025