Redaktor
Ümumi daxili məhsul niyə azalıb?
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir.
Bəs, Azərbaycan ümumi daxili məhsulunda azalmanın səbəbi nədir?
Valyuta.az xəbər verir ki, deputat, iqtisadçı-ekspert Vüqar Bayramov ÜDM-də azalmanın əsas səbəbini belə şərh edib:
ÜDM-də azalmanın əsas səbəbi neft-qas sektorunda hasilatın aşağı düşməsidir. Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə, neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.
2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azlamaya rəğmən qeyri neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026