"Azərbaycanda 2026-cı ilə qədər ÜDM-in artımını orta hesabla 3-4 % arasında saxlanılması hədəflənib"

Redaktor

31.01.2025 13:41
1,698

"Azərbaycanda 2026-cı ilə qədər ÜDM-in artımını orta hesabla 3-4 % arasında saxlanılması hədəflənib"

Azərbaycanda ÜDM-də özəl sektorun payının 2026-cı ilə qədər 88 %-ə qədər artırılması hədəflənib.

Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

"2022-2026-cı ilin sosial strategiyasında qeyri-neft ixracının həcminin 2021-ci ilə nisbətən 1,8 dəfə, qeyri-neft-qaz ÜDM-inin 1,3 dəfə artırılması və ÜDM-in artım tempinin 1,2 dəfə yüksəlməsi hədəflənib. Orta hesabla 2026-cı ilə qədər ümumi daxili məhsulun artım tempinin 3-4 % arasında saxlanılması hədəflənib", - deyə H. Hüseynov qeyd edib.

Onun sözlərinə görə, sosial sahə üzrə prioritetlərə nəzər salsaq, strategiyada 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında əsas hədəflərdən biri əmək haqlarının artırılması və layiqli həyat səviyyəsinin təmin edilməsinə dəstək göstərilməsidir: "Məşğulluq və muzdluların sayında özəl sektorun payının artırılması üçün zəruri stimulların verilməsi, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi, özəl sektorda şəhər və kənd arasında yaşayış standartlarındakı fərqlərin azaldılması sosial-iqtisadi inkişaf strategiyasında sosial blok üzrə əsas istiqamətlərdir".

©report

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar

03.03.2026

"Cursor"un illik gəliri 2 milyard dolları keçib

03.03.2026

İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

03.03.2026

Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb

03.03.2026

"Paramount" platformalarını birləşdirməyi planlaşdırır

03.03.2026

Bakıda estetik klinika 20 000 manat cərimələndi

03.03.2026

Bağlanan özəl universitetin binası BDU-ya verildi

03.03.2026

İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib

03.03.2026

Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi

03.03.2026

Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq

03.03.2026

"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq

03.03.2026

Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək

03.03.2026

Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

03.03.2026

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb

03.03.2026

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

03.03.2026

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

03.03.2026

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Məzənnə

Yüklənir...