Redaktor
Cəbrayılın Soltanlı kəndi belə olacaq (FOTO)
Bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.
Trend xəbər verir ki, ümumi sahəsi 398,82 hektar olan və 6100 nəfərdən ibarət 1525 ailənin yaşayacağı bu ərazidə həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada, ümumilikdə, 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da inşa ediləcək.
Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırdabuynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub.
Qeyd edək ki, Soltanlı kəndinin Baş plan layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupu və “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
02.04.2026Avro ucuzlaşıb
02.04.2026İşdən çıxarıldıqdan sonra öz onlayn biznesini qurdu - SƏHƏR OXUSU
02.04.2026Fitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026