Redaktor
"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"
Azərbaycanda hazırda hər bir vətəndaş, hüquqi və ya fiziki şəxs, 100 kilovata qədər gücündə bərpa olunan elektrik enerjisi (günəş enerjisi - red.) sistemini qura bilər.
Valyuta.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
"Bu, kifayət qədər böyük rəqəmdir. Məsələn, ortalama bir ailəyə lazım olacaq günəş panellərinin tutumu 4-5 kilovatdır", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, bu cür sistemlərdən istifadə edən vətəndaşlar artıq enerji istehsalı olduqda, onu ümumi enerii sisteminə sata bilir, əskik istehsal olduğu halda isə, onu ala bilir:
"Bu artıq gerçəklikdir və bunu həyata keçirən bir çox uğurlu layihələr var Azərbaycanda".
Elnur Soltanov onu da əlavə edib ki, günəş panellərinin qiyməti sürətlə düşüb, son 10 ildə onların qiyməti 90%-ə qədər azalıb.
"Belə trendlə gedərsə, mənə elə gəlir ki, sərfəli olacaq. Xüsusilə, ucqar ərazilərdə, harada elektrik enerjisi təminatı ilə bağlı müəyyən problemlər olur, bu cür layihələrin uğurunu biz görəcəyik", - nazir müavini vurğulayıb.
© APA
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər
13.06.20262026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular
13.06.2026Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi
13.06.2026Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb
13.06.2026Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
13.06.20262026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil
13.06.2026Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb
13.06.2026“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL
13.06.2026Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin
13.06.2026Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb
13.06.2026Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL
13.06.2026BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
13.06.2026Azərbaycan nefti ucuzlaşıb
13.06.2026Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
13.06.2026Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
13.06.2026Dünya fond bazarlarının əsas indeks göstəriciləri
13.06.2026