Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer
Marketinq büdcəsinin formalaşması bir çox amillərdən asılıdır. Bəzən bu ümumi dövriyyənin 10%-i bəzən isə 30%-I qədər ola bilər. Rəqəmlərin kəskin dəyişilməsi, bazarın vəziyyətindən, şirkətin markalaşmasından, tələbatın həcmindən, rəqiblərdən və digər amillərdən asılıdır. Bəs ümumilikdə şirkətin marketinq büdcəsi necə təyin edilir?
1. Marketinqə ayrılan büdcə xərc deyil, investisiyadır.
Bu səbəbdən ROMİ (Return on marketing investment) hesablamaq lazımdır. Hansı kanal, reklam kampaniyası üzrə şirkət nə qədər qazanc əldə edib və ya ziyana gedib? FMCG-də bunu hesablamaq bəzən çətin olur, amma rəqəmsal marketinqdə xərcləri detallı analiz etmək olar.
2. Şirkət hazırda hansı mərhələdədir?
Bazara daxil olanda şirkətlər marketinq və reklama daha çox büdcə ayırmalıdırlar ki, bazar payını götürə bilsinlər, yeni müştərilər əldə etsinlər. Bu məqhələdə qazanc haqqında düşünmək şirkəti inkişafdan saxlaya bilər. Çünki bazara daxil olmaq sürəti çox önəmlidir.
3. Marketinq büdcəsini təyin etmək üçün, hədəfləri nəzərə almaq lazımdır.
Məsələn, markanın tanınması, təkrar satışların artırılması, yeni müştərilərin cəlb edilməsi. Məqsəddən asılı olaraq, dalğa tipli strategiyadan istifadə etmək olar. Yəni bəzən iri büdcə xərcləmək, bəzən isə az büdcə xərcləmək.
Marketinq büdcəsinin formalaşdırılması bir çox amildən asılıdır, müştərilərin marka haqqında bilik səviyyəsi, məhsulun rəqib üstünlüyü, seqmentdən və s. bütün keyslər fərqlidir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU
05.12.2025Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025