Rəhbəriniz psixopatdır?
Elşən Bədirxanov
İdarəetmə üzrə konsultant və təlimçi...
Rəhbəriniz psixopatdır?
Dərhal inkar etməyə tələsməyin. Adi insanlar arasında psixopatlar 1 % təşkil edirlərsə, rəhbər arasında bu rəqəm 4 %-dir. Yəni, bu keyfiyyətlər (aqressivlik, mərhəmətsizlik, sinizm (cynicism), narsissizm) karyera inkişafına dəstək olur.
Neyrobioloq və psixiatr Conatan İliffin fikrincə top-menecerlər, jurnalistlər, cərrah və polislər arasında psixopatlar nisbətən daha çoxdur.
Bir araşdırma göstərdi ki, CEO-ların psixopatiya dərəcəsi ciddi rejimli həbsxana məhbuslarından daha yüksəkdir. Yəni, canilər, manyaklar və digər ağır cinayətlər törətmiş şəxslərdən!
ABŞ-da 260 rəhbərin iştirakı ilə keçirilmiş tədqiqat göstərdi ki, CEO-ların 20 %-i psixopatdır.
Rəhbərin psixopat olub-olmamasını necə müəyyən etməli? Bəzi xüsusiyyətlər - empatiya hissindən məhrum, impulsiv, eqosentrik, riskə meyilli, insanları cəlb edən səthi şarm, səmimi peşmanlıq keçirə bilmir, yalançılıq, manipulyasiyaya meyillilik və s.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay