“Z” nəsli söhbəti niyə şişirdilir?
29.05.2024 09:51
1,311

“Z” nəsli söhbəti niyə şişirdilir?

Anar Bayramov

"SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant

Arada elə bilirəm ki, biznes icması üçün davamlı olaraq süni mövzular istehsal olunur. “Z” nəsli söhbətinin çox şişirdilməsi də bu qəbildəndir.  

Sosial elm adamlarının bu nəsil bölgüsü  (“Baby boomers”, “X”, “Millenials”, “Z”, “Alfa” və s.) ilə işim yoxdur. Söhbət “Z” nəsli söhbətinin biznes idarəçiliyində çox şişirdilməsindən gedir.

Mən belə düşünürəm ki, sadəcə trendlər dəyişir. Texnologiyanın inkişafı, sosial inkişaf və s. yeni mühit yaradır və bu mühitdə böyüyən nəslin yanaşması fərqli olur. Bu, çox normaldır.

Bəs fərqli yanaşma dediyimiz nədir? (Bəzilərini qeyd edirəm)

1. Komfort axtarırlarmış. Niyə axtarmasınlar ki? Bu nəsil həyatlarının tamamını digital dövrdə yaşayıblar. Çox normaldır ki, digital alətlərin köməyi ilə işlərini (həm də şirkətin işini) asanlaşdırmağa meyllidirlər.

2. Sorğulayırlarmış. Kritik yanaşırlar hər şeyə. Mən düşünürəm ki, bunun əksi anormaldır. “İşçisən, otur işçi yerində” yanaşmasını qəbul etmirlər. Çox normaldır. Biz rəhbərlərə bir daha xatırladırlar ki, ilk növbədə bizə insan kimi yanaşın. İşçi olmamışdan qabaq insanıq.  
  
3. Sərbəstliyə can atırlarmış. Çox normaldır. Niyə belə olmasın ki? Başa düşürəm, çətindir idarə etmək. Bu halda daha peşəkar idarəetmə, daha peşəkar liderlik tələb olunur. 

Ən doğrusu budur, amma mən şəxsən hər zaman tərəfdarı olmuşam ki, işçilər rahat (sərbəst) buraxılsın, sadəcə tələbkarlıq artsın. Bu halda biz tələbkarlığı da daha çox haqq edirik. Çünki münasibətləri nəticə yönümlü qururuq mikromenecment tətbiq etmirik, işə gecikəndə gününü qara etmirik, mənasız qadağalar tətbiq etmirik, maraqlarına və şəxsi həyatına hörmət qoyuruq və s. 

4. Çox loyal deyillərmiş. Loyal olmaq heç kimin borcu deyil. Elə iş yeri yarat ki, yaxşı kadrlar sənin şirkətində işləməyə can atsınlar. Loyallığa fokuslanmağı ümumiyyətlə, heç vaxt qəbul etməmişəm. Elə mühit yaratmaq lazımdır ki, işçilər işlədikləri müddətdə bağlı olsunlar şirkətə, can yandırsınlar, işin haqqını versinlər. 

Nəticə olaraq onu qeyd etmək istəyirəm ki, “Z” nəsli heç də qorxulu deyil. Sadəcə daha peşəkar idarəetmə, daha peşəkar liderlik tələb olunur. “Z” nəslini mən çox sevirəm. Onlar praqmatik, məntiqi yanaşan, müasir, insana (yalnız rəhbərə deyil) hörməti önə çıxaran nəsildir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Məzənnə

Yüklənir...