Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer
Rəqəmsal marketinqdə influencerlərlə əməkdaşlıq getdikcə geniş yayılır. Seçim zamanı isə izləyicisi çox olana üstünlük verilməsi halları da az deyil. Burada əsas sual ortaya çıxır: izləyici sayı hər şeydirmi? Xüsusilə də həmin blogerin imici mübahisəli və ya zəifdirsə, bu, markanın reputasiyasına necə təsir edir?
İzləyici sayı brendinizə təsir etməyə bilər
Əslində, izləyici sayı yüksək olan, lakin imici müsbət olmayan bir blogerlə əməkdaşlıq qısa müddətdə satışa təsir edə bilər, lakin uzunmüddətli brend dəyərlərinə zərər vurmaq riski daşıyır. Məsələn, Türkiyədə bir neçə il öncə kosmetika markası "Farmasi" bir sıra qalmaqallı paylaşım və davranışları ilə tanınan blogerlərlə əməkdaşlıq etdikdən sonra sosial şəbəkələrdə istifadəçilər tərəfindən tənqid olunmuşdu. Nəticədə markanın bəzi müştəriləri onu dəstəkləmədiklərini açıq şəkildə bildirmiş, bu da brendin imicinə mənfi təsir etmişdi. Bu, onu deməyə əsas verir ki, bəzi hallarda qalmaqallı blogerlərlə əməkdaşlıq markanı auditoriyasından uzaqlaşdırır.
Brendi təqdim edən kimdir?
Bunun əksi olaraq, izləyici sayı az olan, amma auditoriyası ilə emosional bağlantı yaradan və etibar qazanan mikro-blogerlərlə əməkdaşlıq çox zaman daha uğurlu nəticələr verir. Məsələn, lüks və elit seqmentə xitab edən bir brendin davranışlarında qeyri-peşəkar olan bir influencerlə əməkdaşlıq etməsi brendin mövqeyini zəiflədə bilər. Müştəri təkcə məhsula deyil, onun təqdimatına və təqdim edən şəxslərə də diqqət edir.
Seçdiyiniz sima brendə uyğun olmalıdır
Son olaraq qeyd edim ki, məncə, influencer seçimi sadəcə statistikaya əsaslanmamalıdır. Əməkdaşlıq ediləcək blogerin dəyərləri, davranışı və auditoriya ilə münasibəti diqqətlə araşdırılmalıdır. Brendə uyğun olmayan bir sima ilə əməkdaşlıq qısamüddətli baxış sayı gətirə bilər, lakin uzunmüddətli imicə zərər vura bilər. Uğurlu brend strategiyası üçün əsas hədəf – izləyici sayından daha çox, etibar və uyğunluq olmalıdır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU
05.12.2025Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025