Sahibkarlar iş və həyat balansını necə yarada bilərlər?
15.03.2024 10:56
951

Sahibkarlar iş və həyat balansını necə yarada bilərlər?

Kouç Kama Ahmad Valyuta.az üçün yazır...

Biznes sahibləri üçün 60, 70, 100 saatlıq iş həftələri normal haldır. Həyat bir-biri ilə sıx əlaqəli müxtəlif sferalarından ibarət bir bütövdür. Daha balanslı və dolğun həyatın mümkün olması üçün tək biznes və karyera deyil, hər sfera ilə bağlı günlük və həftəlik müəyyən işlər görməliyik.

Müşahidələrim göstərir ki, sahibkarların ən çox axsatdıqları həyat sferaları münasibətlər, əyləncə-relaksasiya və mənəvi aləm sferalarıdır. Sizin həyatınızda dəyişikliyə ehtiyac duyan həyat sferalarını aşkar etmək üçün aşağıdakı sualların ətrafında düşünün:

Mənim üçün dolğun və balanslı həyat necə görünür?

Həyatımda sağlam balans yaratmaq üçün hansı dəyişiklikləri edə bilərəm?

İş-həyat balansı yarada bilmək üçün aşağıdakı bir neçə faktoru nəzər ala bilərsiniz:

Səhər rutininin əhəmiyyətini anlayın

"Ya sən günü idarə edirsən, ya da gün səni idarə edir" (Jim Rohn).

Səhərlər idmana, nəfəs məşqlərinə, meditasiya və ya digər spiritual praktikalara zaman ayırmaq barədə düşünün. Bu, gün içindəki enerjinizi və məhsuldarlıq səviyyənizi, əhval-ruhiyyənizi yüksək tutmağa kömək edəcək.

Ailənizlə səhər yeməyi və ya sevdiyiniz insanla ünsiyyəti rutininizin bir hissəsinə çevirmək isə münasibətlərinizin möhkəmlənməsinə xidmət edəcək.

Dəyərlərinizə cədvəlinizdə yer ayırın

Əhəmiyyətli olan cədvəlinizdə olanları prioritetləşdirmək deyil, prioritetlərinizi cədvəlinizə daxil etməkdir (Stiven Kovi)

Pul bərpa oluna bilən resursdur, uğurun da təkrarı mümkündür. Lakin, sevdiyiniz insanlar, ailəniz və sağlamlığınız diqqətsiz qoyduqda itirilə bilən və geri qaytarılması mümkün olmayan əsil sərvətinizdir. Sevdiklərinizə edə biləcəyiniz ən dəyərli hədiyyə zamanınızdır. Xoşbəxt münasibətlərdə olmaq üçün partnyorunuza həftəlik 15 saat bölünməz diqqət ayırmaq lazım olduğunu bilirdiniz?

Daha çox zaman qazanmaq üçün “Harvard sualları” adlandırılan 3 sualdan istifadə edin:

Sizdən çox zaman alan işləri görməzdən öncə özünüzə “Harvard sualları” adlanan sualları verin və uyğun dəyişiklikləri edin:

  • Bu işi etməyi necə dayandıra bilərəm?
  • Bu işi kimə həvalə edə bilərəm?
  • Bu işi fərqli şəkildə necə edə bilərəm?

Fərqindəlik (mindfulness) praktikası ilə anda olmağı öyrənin

Anda olmaqla həm diqqətinizi və zamanınızı daha doğru idarə edə bilərsiniz, həm də həyatınızdan daha çox zövq ala bilirsiniz. Məsələn, ailənizlə istirahətdə olduqda zehnən ofisdə olmursunuz və onlarla daha keyfiyyətli zaman keçirərək həm daha dərin və möhkəm münasibətlər qurursunuz, həm də həqiqətən bərpa olursunuz.

İstirahətə və əyləncəyə zaman yaradın

"Karyeraya sahibi olmağı həyata sahib olmaqla səhv salmayın" (Hillari Klinton)

Həyat tək işdən ibarət deyil. Beyin, ruh və fiziki sağlamlığınız üçün biznesinizi planladığınız kimi istirahətinizi və əyləncənizi də planlamalısınız. İstirahət və əyləncəni sevdiklərinizlə birgə zamanla birləşdirə bilərsiniz. Biznesin gətirdiyi resurslar sevdiklərinizlə bölüşdükdə və gözəl xatirələr yaratmağa yönləndirdikdə daha dəyərli olur. Sevdiklərimizlə keyfiyyətli birgə zaman harmoniyanın olmazsa olmazıdır.

İstənilən dəyişikliyin özülü özünütəhlildir. Sizə özünütəhlillə  daha balanslı həyat yaratmağa kömək edəcək bəzi suallar:

1. Bu gün mən sağlamlığım üçün nə etmişəm?

2. Bu gün mən münasibətlərim üçün nə etmişəm?

3. Bu gün mən maliyyə həyatım üçün nə etmişəm?

4. Bu gün mən mənəviyyatım-ruhum üçün nə etmişəm?

5. Bu gün mən inkişafım üçün nə etmişəm?

6. Bu gün mən asudə vaxt-əylənmək üçün nə etmişəm?

Günlərinizi bu sualların cavabları əsasında planlayıb qursanız və hər gün, hər suala aid kiçik belə olsa addımlar atsanız, daha dolğun və xoşbəxt həyata sahib olacaqsınız.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Məzənnə

Yüklənir...