Biznesmenin “dilə düşən” danışığı
14.05.2025 15:45
442

Biznesmenin “dilə düşən” danışığı

Zaur Cahangirov
         ÜTÜ QRUP-un rəhbəri, natiqlik təlimçisi

“Dil” sözü klassik ədəbiyyatda “ürək”, “könül”, “qəlb” mənalarında işlənib. Bir də “dilə düşmək” frazeoloji birləşməsi var. Dilə düşən hörmətini artıra da bilər, itirə də…

Biz isə başqa cür “dilə düşmək” istəyirik, yəni qəlbləri fəth edən insan olmağı planlayırıq… Qəlbi, klassik dildə desək, “dil”i  fəth edən uğurlu ola bilir…

Bugünkü obrazımızın adı Sərmayədir. Sərmayə biznesmendir. O, danışığıyla, nitqiylə qəlbləri fəth etmək istəyir. Bilir ki, yaxşı danışsa, özünü ifadə etsə, daha xarizmatik olacaq, təsir edəcək, inandıra biləcək. Əksəriyyət Sərmayəni dinləmir. Sərmayə də bununla barışıb. Onun şirkəti əksər tədbirlərdə sponsor olur. Hətta bir neçə dəfə Sərmayəyə çıxış etmək üçün söz vermək istəyiblər. O isə səhnəyə çıxmaqdan qorxub. Düşünüb ki, bu tədbirdən 3-5 nəfər bizimlə maraqlanacaqsa, nitqimlə onları da qaçırmayım…

Təəssüf ki, Sərmayə tipli biznesmenlər çoxdur. Bəs niyə “Sərmayələr” dinlənilmir?

1)   Uzun danışırlar… İnsanların vaxtı yoxdur. Özlərini, işlərini ən çoxu 10 cümlədə təsirli şəkildə təqdim etməyi bacarmalıdırlar. Bunun üçün “Elevator Pitch” (Lift Meydançası) texnikası köməklərinə çatacaq. Düşünək ki, birinci mərtəbədən iyirminci mərtəbəyə liftlə qalmırıq və 10 cümlədə 3 sualın cavabını verməliyik: “Mən kiməm? Nə iş görürəm? Auditoriyadakı insanlara nə xeyir verə bilərəm?”. Qısa danışmağı bacaranlar uzun-uzun da fikirlərini bölüşə bilərlər.

2)   Sərmayə monoton danışır. Eyni tonla və asta danışması onu dinləyənlərin hövsələsini daraldır. Bunun üçün Sərmayəyə tövsiyəm fon musiqisi ilə şeirlər oxumasıdır. Həmçinin buna görə nitq təlimçisindən dəstək də ala bilər.

3)   Məzmun keyfiyyətinin aşağı olması. Bu gün deməyə sözümüz olmalıdır. Biznesmen də öz sahəsində olan kitabları mütaliə edərək, filmlər izləyərək bu zənginliyə çata bilər. Məsələn, Sərmayənin mühasibatlıq şirkəti varsa, o, “büdcə defisiti” və ya “büdcə profisiti” anlayışlarını necə hekayələşdirərək danışa biləcəyini öyrənməlidir.

4)   Hekayələşdirmə demişkən, biz insanlara çox bilgi veririk. Artıq hekayə dövrüdür. Onlarda həm görüntünü, həm səsi, həm hissi formalaşdırmalıyıq. Şəxslər slayddan baxdıqları təqdimatda, geyimimizdə, bizim səsimizdə, istifadə etdiyimiz sözlərdə fərqliliyi görməlidir…

5)   Bədən dilinə də toxunmaq lazımdır. Öz xidmətini təqdim edən birinin özünəgüvənsiz duruşu, əllərinin aşağıda olması inanmıram ki, kiminsə diqqətini cəlb eləsin…

Bu arada Sərmayə nitqi üzərində işlədikcə artıq “dillərə düşüb”... O dilə yox a, qəlbimizə…

Biznesmenin “dilə düşən” danışığı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...