Redaktor
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
Mənzil almaq istəyənlərin qarşısında duran əsas suallardan biri yeni tikili və ya köhnə yaşayış fondu arasında seçim etməkdir. Son illər yeni tikililərə maraq artsa da, köhnə binalara üstünlük verənlərin sayı da az deyil.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Valyuta.az-a bildirib ki, yeni tikililər müasir tələblərə cavab verməsi səbəbindən xüsusilə gənclər və yüksək maddi gəlirə malik alıcılar tərəfindən daha çox seçilir:
“Yeni tikililər daha müasir sayılır və müasir tələblərə cavab verir. Eyni zamanda dəbdədir. Demək olar ki, maddi vəziyyəti imkan verən şəxslər bu gün yeni tikililərdə yaşamağa üstünlük verir. Burada müasirlikdən əlavə təhlükəsizlik, mənzillərin daha geniş olması və müxtəlif xidmətlərin mövcudluğu kimi üstünlüklər var. Yeni tikililərin demək olar ki, hamısında qaraj mövcuddur. Eyni zamanda, alıcı mənzilin otaqlarının yerləşməsi və daxili quruluşu ilə bağlı öz istəklərini daha rahat həyata keçirə bilir. Bu isə köhnə tikililərdə çox zaman mümkün olmur.
Həmçinin vətəndaş mənzili tikintinin ilkin mərhələsindən və ya tam hazır vəziyyətdə əldə edə bilər. Bunlar köhnə yaşayış fondunda olmayan imkanlardır”.

Ekspert qeyd edib ki, tikinti şirkətlərinin təqdim etdiyi maliyyə imkanları da yeni tikililərə tələbatı artıran amillərdəndir:
“Tikinti şirkətlərinin mənzil satışı ilə bağlı özünəməxsus yanaşmaları var. Müxtəlif kreditlər, daxili maliyyələşdirmə proqramları, hissəli ödəniş imkanları təqdim olunur. Bəzi hallarda mənzillər təmirli satılır, hətta dizayn xidmətləri də təklif edilir”.
Bununla yanaşı, ekspert bildirib ki, köhnə yaşayış fondunun da öz alıcısı və üstünlükləri var: “Köhnə yaşayış fondu adətən yeni tikililərlə müqayisədə daha münasib qiymətə təklif olunur. Bu səbəbdən, büdcəsi məhdud olan şəxslər və yeni tikililərə tam etibar etməyən alıcılar daha çox bu variantı seçirlər. Digər nüans odur ki, bəzi vətəndaşlar şəhərin mərkəzində yerləşən memarlıq üslublu binalarda yaşamağa üstünlük verirlər. Şəhərin mərkəzi hissəsində yeni tikililərin sayı məhduddur. Buna görə də müəyyən alıcı qrupu köhnə binaları seçir. Eyni zamanda bəzi insanlar hündürmərtəbəli binalarda yaşamaq istəmir, daha az sakini olan binalara üstünlük verirlər. Yəni, böyük yaşayış komplekslərindəki sıxlıqdan uzaq olmağa çalışırlar. Onlar hesab edirlər ki, azmərtəbəli binalarda və köhnə yaşayış fondlarında daha rahat mühit mövcuddur. Bu baxımdan köhnə yaşayış fondunun da özünəməxsus üstünlükləri var”.
Mələk Ziyad
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026