Xaricdə təhsil - Azərbaycan bu diplomları niyə qəbul etmir?

Redaktor

29.04.2025 13:20
191

Xaricdə təhsil - Azərbaycan bu diplomları niyə qəbul etmir?

Son dövrlər xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının Azərbaycanda tanınmaması halları müşahidə olunur.

Bəs diplomların tanınmamasına səbəb olan əsas hallar hansılardır və gənclər xaricdə təhsil alarkən bu problemlə üzləşməmək üçün nələrə xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov danışıb.

Onun sözlərinə görə, əgər bir şəxs həqiqətən təhsil almaq məqsədilə xaricə gedirsə, bu o deməkdir ki, həmin tələbə o ölkədə yaşamalı və dərslərdə iştirak etməlidir:

“Əsas burada diplomun hansı universitetdən alındığına baxılır. Çünki həmin universitet öz ölkəsinin akkreditasiya qurumu tərəfindən universitet kimi tanınmayıbsa və ali məktəb lisenziyası yoxdursa, Azərbaycan da bu səbəbdən həmin universitetin diplomunu tanımır. Bu, birinci məsələdir.

İkinci olaraq, universitetdə təhsil alındığı müddətdə tələbə həmin ölkədə olmayıbsa, yəni pasportdakı giriş-çıxışlar dərs müddətləri ilə uyğun gəlmirsə və dərslərə davamiyyət baxımından uyğunsuzluq varsa, bu hallar suallar yaradır və nəticədə diplomun tanınmamasına səbəb olur”.

"Digər bir məsələ isə tələbənin aldığı təhsilin dilini bilməməsidir",- ekspert qeyd edib:

“Əgər tələbə heç bir şübhə yaratmırsa, əlbəttə, diplom təsdiqlənir. Ancaq hər hansı sual yaranarsa, tələbə müsahibəyə dəvət olunur. Yuxarıda da qeyd etdiyim kimi, əgər tələbə aldığı təhsilin dilini bilmirsə, bu zaman diplom təsdiqlənmir.Ümumiyyətlə, problem yaşamamaq üçün insanlar həm özlərinə, həm də dövlətə qarşı dürüst olmalıdırlar. Yəni “universitetə oxumağa gedirəm” deyərkən əvvəlcə araşdırmalıdırlar ki, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) bağlı olan qurumun siyahısında həmin universitet var, ya yox. Tələbələr bu siyahıya baxmalıdırlar və getmək istədikləri universitet orada yer alırsa, bu, onların gələcəkdə diplomlarının tanınması baxımından əhəmiyyətlidir.

Bundan əlavə, əgər bir şəxs həqiqətən təhsil almaq məqsədilə xaricə gedirsə, bu o deməkdir ki, həmin tələbə o ölkədə yaşamalı və dərslərdə iştirak etməlidir. Ancaq dürüst olmayan yollarla, müxtəlif üsullarla diplom əldə etməyə çalışan şəxslərin sənədlərinin tanınmaması halları daha çox olur”.

“Tələbələrə tövsiyə edirəm ki, oxumaq istədikləri universitetin Azərbaycan Respublikasının müvafiq qurumu tərəfindən tanınıb-tanınmadığını onların rəsmi saytından yoxladıqdan sonra qərar versinlər”, - deyə ekspert vurğulayıb.

©AzEdu.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...