Redaktor
"Turkcell" Ukraynadakı şirkətlərini 538 dollara satdı
“Turkcell” Ukraynada fəaliyyət göstərən törəmə şirkətləri olan “Lifecell LLC”, “LLC Global Bilgi” və “LLC Ukrtower”in bütün hissələrini “DVL Telecom”a (NJJ Holding qrup şirkəti) satdığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət bu satışın yekun məbləğini 538,7 milyon ABŞ dolları olaraq göstərib.
“Turkcell” tərəfindən verilən açıqlamada, Ukraynadakı bütün iştirakların, onların hüquq və öhdəlikləri ilə birlikdə “DVL Telecom”a təhvil verildiyi bildirilib. Satış məbləği, bağlanış tarixinə əsasən hazırlanmış maliyyə hesabatları və aparılan düzəlişlər nəticəsində dəqiqləşdirilib. Bununla da “Turkcell”in Ukrayna bazarındakı fəaliyyətləri rəsmi şəkildə sona çatıb.
Şirkətin İctimai Aydınlatma Platformasına (KAP) verdiyi açıqlamada qeyd olunub:
"9 sentyabr 2024-cü il tarixində, şirkətimizin törəmə qurumları olan "Lifecell LLC", "LLC Global Bilgi" və "LLC Ukrtower" şirkətlərinin bütün səhm və hüquqlarının, borcları ilə birlikdə "DVL Telecom" (NJJ Holding qrup şirkəti) tərəfindən alındığını ictimaiyyətə açıqlamışdıq. Bağlanış tarixinə əsasən hazırlanmış maliyyə göstəricilərinə və nəzərə alınmış düzəlişlərə əsasən, yekun satış məbləği 538,7 milyon ABŞ dolları olaraq həyata keçirilmişdir".
Paşa Məmmədli