"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

Redaktor

07.12.2025 13:47
198

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib. AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meyilləri artıb: "Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2.1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28.5 faizə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir".

Valyuta.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər"

İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manata üstünlük verirlər: "Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir. Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2.5-3.5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır".

X.Kərimli bildirib ki, dedollarlaşma bankların gəlirini artırmaq üçün əlverişli vəziyyətdir: "Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin. Əmanətlərini manatla yatırsınlar ki, iqtisadiyyatda manatın payı artsın. Çünki banklar depozit olaraq götürdüyü məbləği kredit kimi verir. Banklar da kreditdən əlavə gəlir əldə edir. Dedollarlaşma maliyyə sabitliyinə də müsbət təsir göstərir. Mərkəzi Bankın rıçaqlarını, manatın rolunu artırır. İqtisadiyyat üçün müsbət prosesdir".

Sabit məzənnənin nəticəsi

Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılovun sözlərinə görə, dedollarlaşmanın səbəbi insanların manata olan inamı və gəlirin daha çox olmasıdır: "Dedollarlaşma iqtisadiyyatda, maliyyə sektorunda, kredit-depozit hesablaşmalarında dollardan istifadənin azalması, onun yerinə milli valyutaya - manata yönəlmə deməkdir. Azərbaycan üçün dedollarlaşmanın səbəbi budur ki, 10 ilə yaxındır valyuta kursunun sabit saxlanmasına hesablanmış tənzimlənən məzənnə rejimi tətbiq olunur. Yəni dollar-manat kursu sabitdir. İkinci səbəb bankların manatla olan depozitlərə daha yüksək faiz təklif etməsidir. Bu fərq dollarla müqayisədə 3-4 dəfə daha çoxdur. Belə olduğu üçün də bank müştəriləri vəsaitlərini təbii ki, milli valyutada saxlamağa daha maraqlı olurlar. Çünki milli valyutadan daha çox faiz gəliri əldə edilir. Dolların kursu da sabit olduğu üçün dollarla əmanət saxlamaq iqtisadi baxımdan rasional seçim olmur".

A.İsmayılovun fikrincə, dedollarlaşmanın maliyyə sabitliyinə təsiri ümumilikdə müsbətdir: "Bu, beynəlxalq sferada, qlobal bazarlarda yaranan dalğalanmalar, valyuta kurslarının dəyişməsi baş verdikdə iqtisadiyyatın bundan təsirlənməsinin az olması deməkdir. Mərkəzi Bank da monetar siyasəti daha uğurlu həyata keçirmə imkanı əldə edir. Ölkənin xarici valyutadan asılılığı da azalmış olur".

"Gələcək neft gəlirlərindən asılıdır"

O bildirib ki, gələcəkdə neft gəlirləri dəyişərsə, vəziyyət də dəyişə bilər: "Gələcəkdə proseslərin necə davam etməsi ölkəyə daxil olacaq valyutanın həcmindən asılı olacaq. Dolayısı ilə bu göstərici ölkəyə daxil olan neft gəlirlərindən birbaşa asılıdır. Neft gəlirlərinə isə iki amil - ixrac edilən neftin həcmi və dünya bazarındakı qiymət təsir edir. Əgər gözlənildiyi kimi ixrac edilən neftin həcmi gələcəkdə də azalmağa doğru getsə, bu, gəlirlərin azalmasına səbəb olacaq. Digər tərəfdən, həcmdən asılı olmayaraq hazırkı tendensiya, yəni neft qiymətlərinin ucuzlaşması davam edərsə, bu da ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Belə olduğu halda, bazarın gözləntilərinə uyğun olaraq, dollara olan tələbatın artımını müşahidə edə bilərik. Bu tələbin böyüklüyü dollarlaşma meyilini artıra bilər".

A.İsmayılovun sözlərinə görə, dedollarlaşma banklar üçün müsbət olsa da, tələbin dəyişməsi fonunda onların çətin vəziyyətdə qalma ehtimalı da var: "Dedollarlaşma həm də bankların xarici valyuta ehtiyatlarına təsir edir. Çünki iqtisadi marağa görə dollarla olan əmanətlər azaldıqda, bu, bankların xarici valyuta ehtiyatlarında azalmaya gətirib çıxara bilər. Neftin dünya bazar qiymətinin dəyişməsi riski ilə üz-üzə qaldıqda, bu hal dollara olan tələbi artıracaq. Dollara tələb artdıqda isə bankların hazırkı xarici valyuta ehtiyatlarının azalması öz mənfi təsirini göstərəcək. Bütün bu deyilənlərə baxmayaraq, əgər qlobal və lokal bazarda vəziyyət stabil davam edərsə, bu halda dedollarlaşmanın iqtisadiyyat üçün müsbət bir hal olduğunu demək olar".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025

Məzənnə

Yüklənir...