Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Redaktor

07.12.2025 22:47
734

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 689 000 ABŞ dolları və yaxud 28.32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12.94%-ni təşkil edib.

Valyuta.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Son vaxtlar avtomobil parkında Çin avtomobillərinin xüsusi çəkisi sürətlə artır. Lakin insanlarda narahatlıq var ki, Çin maşınlarının ehtiyat hissələrinin tapılmasında problemlər yaşana bilər. Əvvəlki dövrlərdə biz sosial şəbəkələrdə bununla bağlı şikayətlər də müşahidə etmişik. Bəs indi bu sahədə vəziyyət necədir?

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

"Bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, ölkəmizdə Çin avtomobillərinin sayı artdıqca, ehtiyat hissələri çatışmazlığı problemi də yaranmağa başladı: "Ekoloji və təmiz nəqliyyat vasitələrinə edilən güzəştlərdən sonra Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellərin sayında kifayət qədər artım müşahidə olundu. Bu da avtoparkımızın yenilənməsinə gətirib çıxardı. Lakin vacib məsələlərdən biri ehtiyat hissələri problemi idi. Təəssüf doğuran məqamlardan biri ondan ibarət idi ki, rəsmi diler olmayan, yəni fərdi şəxslər tərəfindən gətirilən bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir".

E.Əliyev bildirib ki, fərdi şəxslər bu problemi aradan qaldırmaq üçün ehtiyat hissələri də idxal edirlər: "Rəsmi distribütorların salonlarında satılan avtomobillərin ehtiyat hissələri həmin şirkətlərin servis mərkəzlərində mövcuddur. Bundan əlavə, paralel idxalın və ölkəmizə gətirilən avtomobillərin sayının çoxalmasını nəzərə alaraq, kənar şəxslər tərəfindən də ehtiyat hissələri idxal edilir. Məsələn, müxtəlif şəbəkə mağazaları və ya fərdi sahibkarlar Çin avtomobillərinin ehtiyat hissələrini ölkəyə gətirirlər. Necə ki, əvvəllər digər avtomobillər üçün də rəsmi servisdən kənar ehtiyat hissələri gətirilirdi. Sözsüz ki, bu ehtiyat hissələri orijinal olmur. Lakin avtomobili zəmanətsiz alan şəxslər çarəsiz qalaraq həmin hissələrdən istifadə edirlər".

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

"Rəsmi servis mərkəzlərindən asanlıqla tapılır"

Sədrin fikrincə, hazırda əksər ehtiyat hissələrini rəsmi servis mərkəzlərindən asanlıqla tapmaq mümkündür: "İki il öncəyə qədər bəzi avtomobillərin ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər var idi. Lakin hazırda rəsmi distribütorlarda bu vəziyyət xeyli yaxşılaşıb. Əlbəttə, bütün markaların ehtiyat hissələri mövcud deyil. Amma 80-90 faiz ehtiyat hissələri rəsmi servis mağazalarının anbarlarında olur. Rəsmi xətlə gətirilən avtomobillərin ehtiyat hissələrini rahatlıqla tapmaq mümkündür. Həm rəsmi servis xidmətləri, həm də kənar şəxslər tərəfindən ehtiyat hissələrinin gətirilməsi nəticəsində demək olar ki, Çin avtomobillərində ehtiyat hissələri problemi aradan qalxmaqdadır. Hətta rəsmi servis mərkəzlərindən kənar böyük servis mərkəzləri də yaranıb ki, onlar Çin avtomobillərinə texniki xidmət göstərirlər. Çin avtomobilləri bazarda artan tələblə əlaqədar hərəkətliliyin əsas iştirakçısına çevrilməkdədir".

"Tələb artdıqca, ehtiyat hissələri də təmin olunur"

Elektromobil bloqeri İlkin Mustafayev də düşünür ki, avtomobillərə tələbat artdıqca, bu problem həll edilir: "Hazırda ehtiyat hissələri ilə bağlı ciddi problem yaşanılmır. Bir müddət Çindən idxal edilən avtomobillərdə müəyyən problemlər yaşanılsa da, artıq bu avtomobillərin kütləviliyi səbəbindən sahibkarlar və servis məntəqələri hissələrin təmini və idxalı məsələsini aktuallaşdırır. ⁠Çindən idxal edilən avtomobillər üçün də ehtiyat hissələri artıq normaya düşür. Təbii ki, hələ də hissələri tapılmayan və ya idxalını 2-3 ay gözləməli olan modellər var. Çin markalı avtomobillərdə qısa müddətdə dizayn və digər köklü dəyişiklik edildiyi üçün bəzən bu problem daha aktual olur".

İ.Mustafayevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə ehtiyat hissələri bazarında Çin maşınları üzrə canlanma olduğu ortadadır: "⁠Avtomobillərin sayının artması hətta digər markalara - Avropa, ABŞ və ya Koreya markalarına xidmət göstərən servislərin artıq Çin maşınlarına da xidmət göstərməyə başlamasına gətirib çıxara bilir. Ötən illə müqayisə etsək, bu bazar artıq dolmağa başlayıb. Çünki Çin maşınları nə qədər çoxalsa, onların ehtiyat hissələrinə tələbat da bir o qədər artır. Servislər və ehtiyat hissələri idxal edən sahibkarlar da bu tələbatı nəzərə alaraq, detalların idxalını həyata keçirirlər".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Yetərlilik Qaydası”: Suze Orman niyə daha çox pulun arxasınca qaçmağı dayandırmağınızı tövsiyə edir

04.03.2026

Ordubad şəhərində yaşayış binaları təmir ediləcək

04.03.2026

Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil

04.03.2026

Bakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilib...

04.03.2026

“Oxa” 103 milyon dollar investisiya alıb

04.03.2026

"ABB"nin avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR

04.03.2026

Nazir təyin olunan Fərid Bağırzadə kimdir? – DOSYE

04.03.2026

"Bank əməkdaşı" vətəndaşın 13 min manatını ələ keçirdi

04.03.2026

"Kraken" "Fed" sisteminə çıxış əldə edən ilk kripto birjası oldu

04.03.2026

Azərbaycan şabalıdı Rusiyaya neçəyə satır?

04.03.2026

“Azərpoçt”un keçmiş əməkdaşına “PASHA Bank”da vəzifə verildi

04.03.2026

Prezident onları təltif edib

04.03.2026

Fərid Bağırzadə nazir təyin olundu

04.03.2026

Maliyyə institutlarının depozitləri 1 milyard manatdan çox artıb

04.03.2026

ADY-nin departament müdiri işdən çıxdı

04.03.2026

Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb

04.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

04.03.2026

"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət

04.03.2026

Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM

04.03.2026

Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib

04.03.2026

Məzənnə

Yüklənir...