Redaktor
Mərkəzi Banka yeni səlahiyyət verildi
"Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"da dəyişikliklər edilib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.
Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra - AÖS) vasitəsilə həyata keçiriləcək.
Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.
AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edəcək.
Ödəniş xidməti istifadəçisinin alınan yazılı razılığına əsasən təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə biləcək.
Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:
ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
ödəyici və vəsait alanın hesab nömrəsi;
ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
ödəniş sərəncamının verildiyi tarix;
ödənişin təyinatı;
ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində);
ödəyicinin imzası(ları) və möhür (olduqda).
Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:
vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
vəsait alanın və ödəyicinin hesab nömrəsi;
ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
ödəniş sərəncamının verildiyi tarix;
ödənişin təyinatı;
ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda;
vəsait alanın imzası(ları) və möhürü (olduqda).
Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 4-də qüvvəyə minib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
06.12.2025Sabahın hava proqnozu
06.12.2025Azərbaycan nefti ucuzlaşıb
06.12.2025Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
06.12.2025Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib
06.12.2025Bu ərazidə ticarət mərkəzi tikiləcək
06.12.2025Pambıq mahlıcının ixracı azalıb
06.12.2025Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU
06.12.2025Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO
05.12.2025Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO
05.12.2025Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?
05.12.20252029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?
05.12.2025