Azərbaycan manatını nə gözləyir?

Redaktor

06.12.2025 14:13
51

Azərbaycan manatını nə gözləyir?

Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini sabit saxlanmasını davam etdirəcək.

Bu barədə "S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə iqtisadi proqnozlarında qeyd edilib.

Agentlik bildirilir ki, Azərbaycan Mərkəzi Bankının mütəmadi valyuta müdaxilələri və güclü ehtiyat mövqeyi bu prosesi dəstəkləyir. 2025-ci il 31 oktyabr tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd dollara yüksəlib (təxminən dörd aylıq cari ödənişlərə bərabərdir). Bu göstərici proqnozlaşdırılan neft qiymətləri fonunda əhəmiyyətli bufer yaradır.

Bununla belə, iqtisadiyyatın karbohidrogen gəlirlərindən yüksək asılılığı səbəbindən uzunmüddətli zəif neft qiymətləri halında ehtiyatların qorunması üçün məzənnənin idarəolunan dəyişikliyi istisna edilmir.

©Qaynarinfo

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...