Könüllü sığortalar 1 milyarda yaxınlaşır

Redaktor

03.12.2025 19:12
108

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

Cari ilin yanvar-oktyabr aylarında könüllü sığortalar üzrə sığorta haqları 954 milyon 643 min manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, illik müqayisədə könüllü sığortalar üzrə yığımlar 125 milyon 541 min manat və ya 15,14% artıb. 

Belə ki, ötən ilin eyni dövründə bu sığorta sinfi üzrə sığorta haqları 829 milyon 102 min manat olub. 

Sığorta ödənişlərinə gəldikdə isə bu könüllü sığorta elətdirənlərə edilən ödənişlərdə də 141 milyon 505 min manat və ya 27,73% artım olub. 

Belə ki, könüllü sığortalar üzrə ödənişlər cari ilin ilk 10 ayında 651 milyon 761 min manat olub, ötən ilin eyni dövründə isə bu rəqəmlər 510 milyon 256 min manat olub. 

Sərvanə Rəmixanova
 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...