Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

Redaktor

04.12.2025 17:45
237

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

ABŞ-ın Orlando şəhərində yerləşən kibertəhlükəsizlik şirkəti "ThreatLocker" hər il ən faydalı və komanda işində öndə olan iki əməkdaşına lüks avtomobil hədiyyə edir. Şirkət həmçinin 14-16 əməkdaşını tam xərci qarşılanan səfərə göndərir.

Valyuta.az xəbər verir ki, məlumata görə, şirkətin ABŞ, Dublin, Dubay və Avstraliyada ofisləri var və hər ay yüzlərlə əməkdaş “ən çox kömək edən işçi” nominasiyası üçün səs toplayır, biri ABŞ-dan, biri isə xarici ofislərdən seçilir. Şirkət ilin sonundakı böyük tədbir üçün bütün beynəlxalq əməkdaşlarını Orlando şəhərinə gətirir.

173 min dollarlıq hədiyyə

Şirkət adətən qaliblərə elektrik avtomobilləri təqdim etsə də, indiyədək 125 min dollarlıq Porsche Panamera da hədiyyə edib. "ThreatLocker" bu ilki modelin adını hələ açıqlamasa da, dəyərinin 173 min dollar olduğu bildirilib.

Bu ənənə ilk dəfə 2021-ci ildə yalnız “ilin ən yaxşı işçisi” üçün tətbiq olunub. Lakin şirkətin baş direktoru Denni Cenkins bildirib ki, bu, iş mühitini “rəqabət və intriqa dolu” vəziyyətə gətirib. Nəticədə şirkət mükafatı “komanda işinə ən çox töhfə verən” əməkdaşlara yönəldib.

Sürətli xidmət və güclü əməkdaşlıq

Cenkinsin sözlərinə görə, kibertəhlükəsizlik sektoru yüksək operativlik tələb edir. Şirkət 24 saat fəaliyyət göstərir və hər bir müştəri müraciətini orta hesabla 23 saniyəyə cavablandırır.

“Əgər komanda gecə saat 2-də bir-birinə dəstək olmaq üçün zəngə qoşulmasa, bu sistem işləməz", - deyə CEO vurğulayıb.

Cenkins həftədə təxminən 100 saat işlədiyini və telefonunun 24/7 açıq olduğunu bildirib.

Əməkdaşları saxlamaq üçün böyük investisiya

Süni intellektin inkişafı kibertəhlükəsizlik sahəsinə tələbatı artırdığı üçün şirkət ayda 40-50 yeni əməkdaş işə götürür. Cenkins qeyd edir ki, "ThreatLocker" indiyədək heç vaxt ixtisar aparmayıb.

Mükafatlandırma strategiyası isə kadr axınının qarşısını almaqda təsirlidir. Şirkət bildirir ki, lüks avtomobil qazanan əməkdaşların heç biri işdən ayrılmayıb.

Pulsuz Bahamalar kruizi və ya Nyu-York səfəri

Avtomobil üçün seçilməyən, lakin yüksək nəticə göstərən 14-16 əməkdaş isə şirkətin hesabına xüsusi səyahət qazanır. Bu səyahətlərə:

Bahamalar kruizi (Royal Caribbean), Boston və ya Nyu-Yorka səfərlər daxil olub. Şirkət hər bir əməkdaşa ayrıca 2 500 dollar şəxsi büdcə verir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...