Turistlərin Azərbaycanda üstünlük verdiyi HOTELLƏR

Redaktor

02.05.2025 12:17
227

Turistlərin Azərbaycanda üstünlük verdiyi HOTELLƏR

2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur.

Valyuta.az xəbər verir ki, turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, yenə də xaricilər əsasən Bakıya üstünlük veririlər. Ölkəyə gələn hər 100 turistin 77-i paytaxtdan kənara səfər etmir.

Əslində bu data həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir. Belə ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır.

Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu də həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır. Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizm ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir.

Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu ilin birinci rübü ilə bağlı digər diqqəti çəkən statistika gecələmələrin ümumi sayında ölkə strukturunun dəyişdirilməsidir. Belə ki, gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Hindistanlı turistlər ümumi gecələmlərin hər beşindən birini formalaşdırıblar.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...