Şuşada yeni sutəmizləyici qurğu inşa ediləcək

Redaktor

09.07.2024 13:30
506

Şuşada yeni sutəmizləyici qurğu inşa ediləcək

Şuşa şəhərinin dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.

Valyuta.az xəbər verir ki, bu sözləri APA-nın Qarabağ bürosunun əməkdaşına açıqlamasında Qarabağ Regional Sukanal idarəsinin Şuşa sukanal sahəsinin rəisi İlqar Salahov deyib.

O qeyd edib ki, Şuşa şəhəri 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb:

“Mütəxəssislər tərəfindən Şuşanın su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılarkən məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər məqsədli şəkildə dağıdılıb və nəticədə suyun nəqli dayandırılıb”.

O bildirib ki, Təxirəsalınmaz Tədbirlər Proqramına əsasən Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edilib: “Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi - Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib”.

İlqar Salahov əlavə edib ki, şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb: “Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni kəmər inşa edilib. Eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 426 və 530 millimetr olan borularla əvəzlənib. Beləliklə, 2022-ci ilin dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi nəticəsində evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib”.

Qurum rəsmisi əlavə edib ki, Şuşa şəhərinə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təmin etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər Proqramı çərçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsinin icrasına başlanılıb: “Qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Hazırda şəhərdə yaşayan, çalışan və səfər edən 3500-dən çox insan bu təmizləyici qurğuda sutka ərzində emal olunan və standartlara tam uyğun içməli su ilə təmin edilir. Layihənin növbəti mərhələsində Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Şuşa şəhərinin su təchizatının dayanıqlılığının təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan birinin tikintisi davam etdirilir”.

O vurğulayıb ki, 2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək: “Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.

Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

01.04.2026

Azərbaycan bu ölkədən kilosu 11 manatdan krevet alıb

01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu

Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQİ

01.04.2026

"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb

01.04.2026

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR

01.04.2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

01.04.2026

Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB

01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər?

Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı

01.04.2026

“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb

01.04.2026

"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi

01.04.2026

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

01.04.2026

"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb

01.04.2026

Sığorta bazarı kiçildi - 3 milyonluq itki - RENKİNQ

01.04.2026

Sabah 25 dərəcə isti olacaq

01.04.2026

"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO

01.04.2026
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

01.04.2026

Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir

01.04.2026

"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir

01.04.2026

Xarici şirkətin avtomobilləri 50% endirimlə satışa çıxarılır

01.04.2026

“9fin” şirkəti 170 milyon dollar investisiya alıb

01.04.2026

Məzənnə

Yüklənir...