Süni intellekt “TikTok” fotolarını videoya çevirəcək

Redaktor

15.05.2025 14:00
151

Süni intellekt “TikTok” fotolarını videoya çevirəcək

“TikTok” fotoları videoya çevirən yeni süni intellekt alətini təqdim edib

Valyuta.az xəbər verir ki, “AI Alive” adlı yeni funksiyanın köməyi ilə istifadəçilər sadəcə bir yazılı təsvir (prompt) daxil etməklə statik fotoları qısa videolara çevirə biləcəklər. Platforma bu aləti “Story Camera” bölməsi vasitəsilə təqdim edir.

“TikTok”un rəsmi bloq yazısında qeyd olunur ki, bu yeni süni intellekt əsaslı funksiya hər kəsin, montaj bacarığı olub-olmamasından asılı olmayaraq, fotolara hərəkət, vizual effektlər və yaradıcı atmosfer əlavə etməklə onları dinamik videolara çevirməsinə imkan verir.
İstifadə qaydası necədir?

İstifadəçi telefonundakı şəkli seçdikdən sonra, təsvir bölməsinə videonun necə görünməsini istədiyini yazır. Məsələn, sistem ilkin olaraq avtomatik “make this photo come alive” (“bu fotonu canlandır”) prompt-u ilə başlayır. Videonun hazırlanması bir neçə dəqiqə çəkə bilər, amma nəticədə ortaya çıxan video cəmi bir neçə saniyəlik olur.

Jurnalist Cey Piters bu aləti test edərkən, bəzi maraqlı nüanslara da rast gəlib. Məsələn, o, bir pişiyin anime üslubunda tullanmasını istəyib, lakin sistem bu istəyə uyğun nəticə yarada bilməyib.

Təhlükəsizlik tədbirləri və etik standartlar

“TikTok” bildirib ki, bu alətin istifadəsi zamanı təhlükəsizlik və etik standartlara əməl olunması üçün avtomatik moderasiya sistemi tətbiq olunur. Sistemin generasiya etdiyi videolar yayımlanmamışdan əvvəl həm yüklənmiş foto, həm də yazılı prompt nəzarətdən keçir. Əlavə olaraq, videonu paylaşmazdan öncə son təhlükəsizlik yoxlaması həyata keçirilir.

Yaradılan videolar “AI tərəfindən yaradılıb” etiketi ilə paylaşılacaq və C2PA metadatası ilə işarələnəcək. Bu yanaşma, platformada süni intellektlə yaradılmış kontentin şəffaflığını təmin etməyə yönəlib.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...