Su borcunu hissə-hissə ödəmək mümkün olacaq

Redaktor

04.08.2025 09:49
219

Su borcunu hissə-hissə ödəmək mümkün olacaq

Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər.

Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır:

“Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”, – deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.

“Azərişıq” ASC-dən bildirilib ki, qurumun külli miqdarda borcu olan problemli abonentləri yoxdur:

“Çünki bizdə sayğaclar əsasən smart tiplidir. Vətəndaş nə qədər ödəniş edirsə, o qədər də işıq sərf edir. O səbəbdən bu sistem bizdə tətbiq edilməyəcək”.

“Azəriqaz” İB-dən verilən məlumata görə, onlarda da vətəndaşlar üçün müəyyən güzəştlər mövcuddur:

“Borclu olan vətəndaşın debitor borcu sistemə düşür. Abonentlərə debitor borca görə 30 gün zaman veririk. Hətta bir ay keçəndən sonra da qaz kəsilmir. Bir neçə gün də əlavə güzəşt edilir. Çünki ola bilər ki, vətəndaş evdə yoxdur, yaxud borcunu hələ verə bilmir. Amma sonra məcburi qaydada Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq abonentə verilən qazın verilişi dayandırılır”.

©modern.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...