Şokolad idxalı əridi: 600 tona yaxın azalma

Redaktor

21.04.2025 20:10
268

Şokolad idxalı əridi: 600 tona yaxın azalma

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan şokolad və şokolad məhsullarının həcmi azalıb

Valyuta.az statistik mənbələrə istinadla xəbər verir ki, 2025-ci ilin ilk iki ayında Azərbaycana 5750 ton şokolad və şokolad məhsulları idxal olunub. Bu idxalın ümumi dəyəri 23 milyon 934,5 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə isə ölkəyə 6357,9 ton şokolad və şokolad məhsulları idxal olunub. Həmin dövrdə bu məhsulların idxal dəyəri 25 milyon 288,6 min ABŞ dolları olub.

Beləliklə, 2025-ci ildə bu məhsulların idxal həcmi 607,9 ton və ya 9,5%, idxal dəyəri isə 1 milyon 354,1 min ABŞ dolları və ya 5,3% azalıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...