Redaktor
Sınaq müddətində olan işçilərlə bağlı mühüm dəyişiklik nəzərdə tutulur
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasında dəyişiklik ediləcək.
Valyuta.az-ın məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
Qanun layihəsində sözügedən qaydanın qanunvericilikdən çıxarılması təklif edilir.
Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə biləcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək - SƏBƏB
13.12.2025Rəşad Nəbiyev ABŞ-da AMD şirkətinin rəhbərliyi ilə görüşdü
13.12.2025