Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu

Redaktor

14.07.2025 14:08
526

Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək.

Valyuta.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış avtomatlaşdırılmış sistemində (bundan sonra İAMAS) olan məlumatlardan ibarət olacaq.

Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, yaşayış yeri, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstəriləcək həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil ediləcək:

-    vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;
-    vəətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;
-    vətəndaşın əl-barmaq izləri;
-    şəxsiyyət vəsiqəsini verən orqanın adı;
-    “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.
Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılacaq:
-    vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;
-    vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;
-    vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstəriləcək);
-    vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.

Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəninin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdeh olacaq.

Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.
Həmçinin vətəndaşın yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsi dəyişdiriləcək.
Bundan əlavə, şəxsiyyət vəsiqəsinin müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında səhv müəyyənləşdirildikdə səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Türkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya

24.06.2026

Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

24.06.2026

Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər

24.06.2026

Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılıq

24.06.2026

Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar

24.06.2026

Bütün zamanların ən böyük 10 satış mütəxəssisi

24.06.2026

Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi

24.06.2026

Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

24.06.2026

"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"

24.06.2026

"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz

24.06.2026

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

24.06.2026

Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!

24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

24.06.2026

İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv

24.06.2026

Tez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir?

24.06.2026

"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir

24.06.2026

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

24.06.2026

SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®

24.06.2026

“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir

24.06.2026

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Məzənnə

Yüklənir...