Samir Rzayev: "Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"

Redaktor

13.05.2025 12:55
189

Samir Rzayev: "Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"

Azərbaycan hava məkanındakı aviasiya hərəkəti 2022-ci ildən bəri 80 %-dən çox artıb, tranzit uçuşların sayı isə ikiqat artaraq ölkənin qlobal aviasiya marşrutlarındakı əhəmiyyətini bir daha təsdiqləyib.

Valyuta.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.

Onun sözlərinə görə, ötən il AZAL 63 istiqamətə uçuş həyata keçirib və bu da 2022-ci ilin 27 istiqaməti ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur: "Eyni dövrlər üzrə sərnişin sayında da iki dəfə artım olub. “Boeing”, “Airbus”, “AerCap” və “CDB Aviation” ilə yeni təyyarələrin alınması və lizinqi barədə müqavilələr imzalanıb, 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə donanmamıza qoşulacaq".

S. Rzayev qeyd edib ki, 2024-cü ildə AZAL “Skytrax World Airline Awards 2024”ün “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” mükafatına layiq görülüb: "Bu və qazandığımız digər mükafatlar təhlükəsizlik, xidmət və sərnişin məmnuniyyətində artan mükəmməlliyimizin sübutudur. Mərkəzimiz olan Heydər Əliyev Beynəlxalq Aeroportu şəbəkəsini 67 -dən 2024-cü ildə 81-ə çatdıraraq 7,5 milyon sərnişinə xidmət göstərir və səkkizinci dəfədir ki, Mərkəzi Asiya və MDB-də Ən Yaxşı Hava Limanı və ardıcıl üçüncü dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” mükafatlarını qazanıb. Liman həmçinin “Airport Carbon Accreditation” proqramı çərçivəsində 2-ci səviyyə sertifikatlaşdırılmasına nail olub".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Lari Ellisonun proqram təminatı 49 milyard dollar itirib

11.02.2026

Metroda işləmək istəyənlərin nəzərinə! - Yeni iş yerləri açılır

11.02.2026

Məzənnə

Yüklənir...