Redaktor
“Rota Metal Yapı”nın rəhbərinə borca görə “stop” qoyulub
“Rota Metal Yapı” MMC-nin rəhbərinə “stop” qoyulub.
Valyuta.az xəbər verir ki, bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli qətnamə çıxarıb.
İş materiallarından aydın olur ki, şirkətin dövlət büdcəsinə 60 344,96 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum ərizəsində borc ödənilənədək şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib.
“Rota Metal Yapı” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Ələsgərova Ceyran Gülməmməd qızıdır.
Şirkətin hazırda 70 771 manat vergi borcu var.
Hüseyn