Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Redaktor

02.06.2026 12:50
364

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Bir çox insan restoranın bahalı olub-olmadığını əvvəlcədən menyuya baxaraq müəyyən edə bilir. Hər zaman buna imkan olmaya da bilir. Məsələn, başqa bir şəhərdə olarkən internetin olmaması və ya menyuya çıxışın mümkün olmaması seçim etməyi çətinləşdirir. Belə vəziyyətdə insanlar restorana daxil olmadan onun bahalı və ya münasib qiymətli olub-olmadığını necə anlaya bilər?

Valyuta.az-a danışan restorator Mahir Əhmədzadə bildirib ki, restoranın yerləşdiyi ərazi bu baxımdan əsas göstəricilərdən biridir: "Şəhərin prestijli küçələrində, biznes mərkəzlərinin yaxınlığında və elit zonalarda yerləşən restoranlar adətən daha yüksək qiymət seqmentinə aid olur".

Fotoğraf açıklaması yok.Onun sözlərinə görə, interyer və dizayn da mühüm ipucu verir: "Bahalı restoranlarda işıqlandırma, mebel seçimi, masalararası məsafə, dekor və ümumi atmosfer daha premium görünür. Sadə interyer və sıx düzülmüş masalar isə çox vaxt daha münasib qiymətli konseptə işarə edir. Eyni zamanda masa düzümü və istifadə olunan qab-qacaq da diqqətə alınmalıdır. Məsələn, ağ parça süfrələr, kristal bokallar, ağır çəngəl-bıçaq dəstləri və çoxsaylı servis elementləri adətən yüksək qiymət səviyyəsinin göstəricisi sayılır".

 

M.Əhmədzadənin sözlərinə görə, personalın görünüşü, xidmət səviyyəsi, eləcə də müştəri profili də restoranın bahalı olub-olmaması barədə müəyyən siqnallar verə bilər: "Uniformanın keyfiyyəti, əməkdaşların davranışı, qapıda qarşılama xidməti və parkinq imkanları restoranın səviyyəsini göstərən amillərdəndir. Restorana daxil olduqda oradakı müştərilərin geyim tərzi, biznes görüşlərinin və ailə tədbirlərinin çoxluğu məkanın hansı seqmentə aid olduğunu anlamağa kömək edir".

Menyu formatı da restoranın qiymət səviyyəsini göstərən amillərdən biridir: "Şəkilsiz, qısa və xüsusi terminlərlə hazırlanmış menyular daha çox premium konseptlərdə rast gəlinir. Geniş və şəkilli menyular isə adətən daha münasib qiymətli restoranlarda olur".

Onun sözlərinə görə, musiqi və ümumi atmosfer də restoran haqqında ilkin fikir formalaşdırır. Belə ki, canlı piano, caz musiqisi və sakit premium atmosfer çox vaxt yüksək səviyyəli restoranlarda müşahidə olunur.

Restorator bildirib ki, bu göstəricilər hər zaman mütləq nəticə vermir və istisnalar mümkündür: "Xüsusilə turistlərin çox olduğu ərazilərdə həm bahalı, həm də münasib qiymətli restoranlara rast gəlinə bilər. Ümumi sadalanan nüanslar restoranın premium, yoxsa daha əlçatan qiymətli olduğunu əvvəlcədən müəyyən etməyə kömək edir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Məzənnə

Yüklənir...