"PAŞA Bank"ın vaxtı keçmiş kreditləri 100 milyon manatı ötüb

Redaktor

18.04.2025 10:52
347

"PAŞA Bank"ın vaxtı keçmiş kreditləri 100 milyon manatı ötüb

2025-ci ilin I rübünün sonunda "PAŞA Bank" ASC-nin vaxtı keçmiş kreditləri son 3 ayda 25 milyon manatdan çox artaraq 101 milyon 892 min manat təşkil edib.

Valyuta.Az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 75 milyon 130 min manat olub.

Vaxtı keçmiş kreditlərin ən çox qeydə alındığı sahə ticarət sahəsi olub. Belə ki, bu sahə üzrə verilmiş 799 milyon 098 min manat kreditin 21 milyon 306 min manatı vaxtı keçmiş kreditlər olub.

Emal sənayesi üzrə 8 milyon 408 min manat, kənd təsərrüfatı üzrə 19 milyon 329 min manat, tikinti sahəsi üzrə 7 milyon 405 min manat vaxtı keçmiş kredit qeydə alınıb.

Vaxtı keçmiş kreditlərin 7 milyon 283 min manatı fiziki şəxslərə verilmiş kreditlər (istehlak və ipoteka), 1 milyon 467 min manatı elektrik enerjisi və qaz istehsalı, 19 milyon 836 min manatı sənayenin digər sahələri, 16 milyon 264 min manatı digər qeyri-istehsal və xidmət sahələri üzrə verilmiş kreditlər olub.

Bundan əlavə qeyri-qənaətbəxş kreditlərin miqdarında da böyük artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonuna bankın qeyri-qənaətbəxş kreditləri 45 milyon 811 min manat təşkil edirdisə, cari ilin I rübünün sonunda bu sözügedən kreditlərin həcmi 53 milyon 133 min manata çatıb.

Ümidsiz kreditlər isə 4 % artaraq 56 milyon 882 min manatdan 59 milyon 144 min manata yüksəlib.

Bankın vaxtı keçmiş kreditlərinin ümumi kredit portfelindəki çəkisi 3.1 % olub. Ötən ilin sonunda isə bu rəqəm 2.3 % olub.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

Məzənnə

Yüklənir...