Redaktor
"Nike" Çin istehsalından asılılığı azaltmağı planlaşdırır
ABŞ-ın idman geyimləri brendi “Nike” Çindəki istehsaldan asılılığı azaltmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, şirkət bu addımı ABŞ Prezidenti Donald Trampın rüsum siyasətinin mümkün maliyyə təsirlərini yumşaltmaq məqsədilə atır. “Nike” bildirib ki, yeni rüsumlar bu il şirkətə təxminən 1 milyard dollara başa gələ bilər.
Hazırda ABŞ bazarı üçün nəzərdə tutulan “Nike” ayaqqabılarının 16%-i Çində istehsal olunur.
Şirkətin maliyyə direktoru Metyu Frendin sözlərinə görə, bu göstərici 2026-cı ilin may ayına qədər "yüksək birrəqəmli faizlərə" qədər azaldılacaq. İstehsalın bir hissəsi Çindən digər ölkələrə köçürüləcək. Trampın aprel ayında elan etdiyi “Azadlıq Günü” tarifləri Vyetnamdan gətirilən mallara 46%, İndoneziyadan isə 32% tarif nəzərdə tuturdu – bu ölkələr “Nike”in əsas istehsal mərkəzlərindəndir.
Tariflər sonradan müvəqqəti olaraq 10%-ə endirilib və Ağ Ev 90 günlük danışıqlar müddəti başladıb. Bu müddət 9 iyulda başa çatır və hazırda administrasiya yeni razılaşmalar üzərində işləyir. Tramp bəyan edib ki, bəzi ölkələrlə razılıq əldə olunacaq, digərlərinə isə “sadəcə məktub göndəriləcək və 25–45% tarif tətbiq olunacaq”.
Ötən ay “Nike” bəzi ayaqqabı və geyim məhsullarının qiymətini ABŞ-da artıracağını açıqlayıb. Rəqib “Adidas” da bənzər səbəblərlə qiymət artımı planlaşdırır. Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, “Nike”in son rüblük gəliri 11,1 milyard dollar olub. Bu, son üç ilin ən zəif göstəricisi olsa da, analitik proqnozlarını üstələyib və nəticədə şirkətin səhmləri birjada 10%-dən çox bahalaşıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya
24.06.2026Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi
24.06.2026Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər
24.06.2026Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılıq
24.06.2026Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar
24.06.2026Bütün zamanların ən böyük 10 satış mütəxəssisi
24.06.2026Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi
24.06.2026Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB
24.06.2026"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"
24.06.2026"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz
24.06.2026Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək
24.06.2026Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!
24.06.2026