"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Redaktor

10.06.2025 12:31
231

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Təhlükəsizlik üzrə tədqiqatçı "Google" hesablarının sahiblərinə xəbərdarlıq edilmədən onların şəxsi bərpa nömrələrinin müəyyən olunmasına imkan verən boşluq aşkar edib. 

Valyuta.az xəbər verir ki, "Google" bu boşluğun apreldə şirkətə bildirildikdən sonra aradan qaldırıldığını təsdiqləyib.

Müstəqil tədqiqatçı bir boşluq tapıb və qeyd edib ki, "Google"un hesabı bərpa etmək üçün nəzərdə tutduğu sistemdəki səhvdən istifadə edərək istənilən şəxsin "Google" hesabına bağlı telefon nömrəsini öyrənmək mümkün olub. Yəni həmin boşluq sayəsində istənilən istifadəçinin gizli saxlanılan bərpa nömrəsini aşkarlamaq mümkün imiş.

Tədqiqatçının sözlərinə görə, proses avtomatlaşdırılaraq bir skript vasitəsilə aparıldıqda, istifadəçinin bərpa nömrəsini 20 dəqiqədən az vaxtda təyin etmək mümkün olub.

"TechCrunch" bu iddianı yoxlamaq üçün yeni bir "Google" hesabı yaradıb və əvvəllər istifadə olunmamış telefon nömrəsi əlavə edərək həmin ünvanı tədqiqatçıya təqdim edib. Qısa müddət sonra həmin tədqiqatçı nömrəni doğru şəkildə tapıb və təqdim edib.

Bu cür şəxsi nömrələrin açıqlanması anonim "Google" hesablarını belə məqsədli hücumlara, o cümlədən hesab ələ keçirmə cəhdlərinə məruz qoya bilər. Xüsusilə təcrübəli hakerlər bu nömrəni istifadə edərək SIM dəyişmə hücumu ilə həmin nömrəni özlərinə keçirə və nömrəyə göndərilən bərpa kodları vasitəsilə hesabların parollarını sıfırlaya bilərlər.

Qeyd edək ki, riskin miqyasını nəzərə alaraq, "TechCrunch" bu xəbəri "Google" problemi aradan qaldırana qədər dərc etməməyi qərara alıb.

“Bu problem artıq həll olunub. Təhlükəsizlik tədqiqatçıları ilə əməkdaşlıq etməyin əhəmiyyətini həmişə vurğulamışıq və bu məsələyə görə tədqiqatçıya təşəkkür edirik,” – deyə "Google" sözçüsü Kimberli Samra bildirib. O əlavə edib ki, hələlik bu boşluqdan istifadə edildiyinə dair hər hansı bir təsdiqlənmiş hal qeydə alınmayıb.

Sərvanə Rəmixnova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...