"Expressbank"da 30%-ə yaxın xalis mənfəət itkisi

Redaktor

15.04.2025 11:40
245

"Expressbank"da 30%-ə yaxın xalis mənfəət itkisi

“Expressbank” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 2 milyon 419 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 28,76% azdır. 

Hesabat dövründə bankın faiz gəlirləri 3 milyon 875 min manat və ya 24,67 % artaraq 19 milyon 582 min manat olub. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (18 milyon 733 min manat) müşahidə edilib. 

İlk rübdə “Expressbank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 55,9 % artaraq 4 milyon 214 min manatdan (I rüb 2024) 6 milyon 569 min manata yüksəlib.

Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (4 milyon 241 min manat), Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri (1 milyon 198 min manat) ilə bağlıdır.

Nəticədə bankın xalis faiz gəliri 13,22% artaraq 13 milyon 12 min manata çatıb.  

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri, xarici valyutadan gəlir və digər gəlirlər 311 min manat azalaraq bu ilin ilk rübündə 4 milyon 152 min manata enib. Qeyri-faiz xərcləri isə 1 milyon 204 min manat artaraq 12 milyon 120 min manata yüksəlib. 

Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 3 milyon 36 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 31,43% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 4 milyon 428 min manat təşkil edib. 

Son üç ayda “Expressbank”ın cəmi aktivləri 14,15% və ya 75 min 243 manat artaraq 607 min 55 manata, cəmi öhdəlikləri isə 17,47% artaraq 468 min 113 manata bərabər olub. Cəmi kapitalı isə 4,21% artaraq 138 min 942 manata bərabər olub.

Qeyd edək ki, "Expressbank" 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Müşahidə şurasının sədri Cavadov Əfqandır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...