"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Redaktor

25.04.2025 20:18
217

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

"Google" şirkətinin ana qurumu olan "Alphabet" 2025-ci ilin ilk rübünə dair maliyyə nəticələrini açıqlayıb. Bildirilib ki, şirkətin gəliri bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 90,2 milyard dollara çatıb. Müqayisə üçün, "Alphabet" 2024-cü ilin ilk rübündə 80,5 milyard dollar gəlir əldə etmişdi.

Valyuta.az xəbər veirr ki, şirkətin xalis mənfəəti də əhəmiyyətli artım göstərib. Belə ki, 2024-cü ilin eyni dövründə 23,7 milyard dollar olan xalis mənfəət bu il 46 faiz artaraq 34,5 milyard dollara yüksəlib. Hər səhmə düşən gəlir 1,89 dollardan 2,81 dollara qalxıb.

Məlumatda qeyd edilib ki, "Alphabet"in gəliri və mənfəəti bazar gözləntilərini üstələyib. Şirkətin Direktorlar Şurası 70 milyard dollara qədər səhm geri alımı üçün icazə verib.

"Alphabet"in baş direktoru Sundar Pişay açıqlamasında ilin ilk rübündə əldə edilən güclü nəticələrdən razılığını ifadə edib. O, bu artımın əsas səbəblərindən birinin süni intellekt sahəsindəki yanaşmaları olduğunu bildirib: “Bu rüb, performansda sıçrayış yaradan və gələcək innovasiyalarımız üçün möhkəm əsas yaradan, ən ağıllı süni intellekt modelimiz olan 'Gemini 2.5'i istifadəyə verdiyimiz üçün çox həyəcanverici idi”.

Pişay "Axtarış" bölməsinin güclü inkişafını davam etdirdiyini, "YouTube" və "Google One" xidmətləri sayəsində ödənişli abunəçilərinin sayının 270 milyonu keçdiyini, "Bulud" xidmətlərinə isə güclü tələbin olduğunu vurğulayıb.

"Intel"in xalis zərəri artıb

ABŞ-ın çip istehsalçısı olan "Intel" də 2025-ci ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 12,7 milyard dollar səviyyəsində qalıb.

Lakin "Intel"in zərəri artıb. 2024-cü ilin ilk rübündə 437 milyon dollar zərər edən şirkət bu il həmin göstəricini 887 milyon dollara yüksəldib. Hər səhmə düşən zərər isə 9 sentdən 19 sentə qalxıb.

"Intel" ikinci rübdə 11,2 milyard dollar ilə 12,4 milyard dollar arasında gəlir əldə edəcəyini, səhmə düşən zərərin isə 32 sent olacağını proqnozlaşdırır.

Şirkətin baş direktoru Lip-Bu Tan deyib: “İlk rüb düzgün istiqamətdə atılmış bir addım idi, lakin bazar payı qazanmaq və davamlı böyüməyə qayıtmaq üçün sürətli bir həll yoxdur”. O əlavə edib ki, əməliyyat səmərəliliyini artırmaq üçün sürətli addımlar atıblar və “yeni Intel”i yaratmaq üçün əsaslı dəyişikliklərə başlanılıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Lari Ellisonun proqram təminatı 49 milyard dollar itirib

11.02.2026

Metroda işləmək istəyənlərin nəzərinə! - Yeni iş yerləri açılır

11.02.2026

Məzənnə

Yüklənir...