Qlobal elektrikli avtomobil satışları artdı... - "Tesla" gerilədi, BYD irəlilədi

Redaktor

13.03.2025 02:18
280

Qlobal elektrikli avtomobil satışları artdı... - "Tesla" gerilədi, BYD irəlilədi

Dünya üzrə elektrikli avtomobil satışları yanvar-fevral aylarında illik müqayisədə 30% artıb. Lakin ABŞ-ın ən böyük elektrikli avtomobil istehsalçısı olan "Tesla"nın satışları, xüsusilə Avropa və Çində kəskin şəkildə azalıb. Bunun əksinə olaraq, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, Çin markası BYD yüksəlişə keçib.

Valyuta.az xəbər verir ki, Britaniya mərkəzli tədqiqat şirkəti "Rho Motion"un açıqladığı məlumatlara görə, elektrikli avtomobil satışları artmağa davam edir.

Fevral ayında dünya üzrə elektrikli avtomobil satışları illik müqayisədə 49% artaraq 1,2 milyon ədədə çatıb. Bununla belə, fevral satışları 2024-cü ilin yanvar ayı ilə müqayisədə 3% azalıb.

Yanvar-fevral aylarını əhatə edən iki aylıq dövrdə isə qlobal elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq 2,4 milyon olub.

Bu müddətdə 1,4 milyon satış yalnız Çində qeydə alınıb və ölkədə elektrikli avtomobil bazarı illik müqayisədə 35% böyüyüb. Çin bazarında ilin ilk iki ayında 130 min BYD markalı avtomobil satılıb.

Avropa İttifaqı (Aİ), Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri və Böyük Britaniyada elektrikli avtomobil satışları yanvar-fevral dövründə illik müqayisədə 20% artaraq 500 minə çatıb. Bir çox Avropa ölkəsində satışlar artmaqda davam etsə də, Fransada bu ilin yanvarında qüvvəyə minən yeni vergi səbəbindən bazar zəifləyib.

Elektrikli avtomobil satışları ABŞ, Meksika və Kanadada da eyni dövrdə 20% artaraq 300 minə yüksəlib.

ABŞ-da elektrikli avtomobil satışları ilin ilk iki ayında 28% artım göstərib. Ölkənin keçmiş prezidenti Donald Tramp elektrikli avtomobillərə tətbiq olunan stimullaşdırıcı güzəştləri ləğv edəcəyini açıqlasa da, bu güzəştlər tamamilə qüvvədən düşənə qədər istehlakçıların onlardan faydalanmağa davam edəcəyi proqnozlaşdırılır.

Dünyanın digər bölgələrində isə elektrikli avtomobil satışları yanvar-fevral aylarında 35% artaraq 200 minə çatıb.

"Rho Motion"un məlumatlarına görə, ABŞ-ın ən iri elektrikli avtomobil istehsalçısı olan "Tesla" Avropa və Çindəki satışların azalması ilə 2025-ci ilə zəif bir başlanğıc edib. Şirkətin Avropadakı satışları yanvar ayında 47%, Çində isə 15% azalıb. "Tesla"nın Fransa, Almaniya, Böyük Britaniya və Belçikadakı satışları 63% azalma ilə kəskin geriləyib.

Analitiklər hesab edirlər ki, Avropa istehlakçıları amerikalı milyarder iş adamı İlon Maskın regionun siyasətinə qarışmasına etiraz olaraq "Tesla" almaqdan imtina edirlər.

"Rho Motion"un məlumat rəhbəri Çarlz Lester elektrikli avtomobil bazarına dair şərhində fevral ayında satışların təxminən 50% artmasının "güclü bir başlanğıc" olduğunu bildirib və bu artımın əsasən Çin bazarından qaynaqlandığını qeyd edib.

Lester xüsusilə Avropanın yüksək gömrük tariflərinə baxmayaraq, BYD-nin daxili və xarici bazarda tələbinin davam etdiyini vurğulayıb:

"Avropada batareyalı elektrikli avtomobillər ilin əvvəlindən bəri 29% artımla bazarın diqqət mərkəzində olub. Lakin Fransanın bu nəqliyyat vasitələrinə tətbiq etdiyi yeni vergi, ölkədə satışların demək olar ki, 50% azalmasına səbəb olub".

Lester həmçinin Şimali Amerikada ilin ilk iki ayında 20%-lik stabil artım müşahidə edildiyini bildirərək, ABŞ-lı sürücülərin vergi güzəştləri qüvvədən qalxmadan onlardan faydalanmaq üçün 30% daha çox elektrikli avtomobil satın aldıqlarını qeyd edib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...