Redaktor
Qadınların təsis etdiyi "SixSense" startapı 8,5 milyon dollar investisiya aldı
Sinqapur mərkəzli süni intellekt startapı "SixSense" yarımkeçirici istehsalında çip qüsurlarını real vaxt rejimində aşkarlayan platforması üçün 8,5 milyon dollar investisiya alıb.
Valyuta.az xəbər verir ki, startapın A seriyası maliyyələşmə turuna "Peak XV’s Surge" rəhbərlik edib, digər investorlar arasında "Alpha Intelligence Capital" və "FEBE" də yer alıb.
"SixSense" 2018-ci ildə mühəndislər Avni Agarval və Akankşa Caqvani tərəfindən təsis edilib.
Platforma mühəndislərə kod yazmadan modelləri iki günə tətbiq etməyə imkan verir. Məqsəd, əl ilə aparılan yoxlamaları avtomatlaşdırmaq və məhsuldarlığı artırmaqdır.
"SixSense" artıq "GlobalFoundries" və "JCET" kimi iri istehsalçılarla əməkdaşlıq edir. Müştərilər istehsalda 30% sürət artımı, 1-2% məhsuldarlıq yüksəlişi və əl ilə yoxlamada 90% azalma olduğunu bildiriblər.
Şirkət hazırda ABŞ bazarında genişlənir, çünki yeni fabriklər süni intellekt əsaslı sistemlərə daha açıqdır.
Sərvanə Rəmixanova