Redaktor
"Porsche"dən "Ford"a - İstehsalı dayandırılacaq modellər məlum oldu
Avtomobil dünyasında da tez-trz yeniliklər başlayır. Belə ki, avtomobil istehsalçıları tez-tez satışların zəifləməsi, modellərin köhnəlməsi və ya tamamilə yeni versiyalarla əvəzlənməsi səbəbilə bəzi modellərin istehsalını dayandırır. 2025-ci il ərzində 30-dan çox avtomobil istehsaldan çıxarılıb. Yeni ilin ortasına yeni qədəm qoysaq da, 2026-cı ilə qədər təxminən 30 model istehsaldan çıxarılacaq.
Bu ilki siyahıya sevilən modellər də daxildir. Məsələn, "Porsche 718 Boxster" və "Cayman" elektrik modellərinə yer açmaq üçün bazardan çəkilir. ABŞ-ın ən ucuz avtomobillərindən biri olan "Nissan Versa"nın isə 2026-cı ildə istehsalı davam etməyəcək.
Lüks seqmentdə fəaliyyət göstərən "BMW" və "Infiniti" kimi markalar qarşıdakı illərdə modellərini yenidən qurmağı planlaşdırır. Bu isə o deməkdir ki, "X4", "8 Series" və "QX50" kimi modellər yeni ili görməyəcək.
Hər zaman olduğu kimi, ilin gedişində bu siyahıya daha çox avtomobil əlavə olunacaq.
Valyuta.az 2026-cı ildə vida edəcəyimiz bəzi modelləri təqdim edir:
Acura TLX
Bu siyahıda yer alan çoxsaylı sedanlardan biri olan "Acura TLX" iyul ayında istehsaldan çıxarılıb. 10 il bazarda qaldıqdan sonra, orta ölçülü lüks sedan aşağı satış nəticələri səbəbilə istehsal olunmur. 2024-cü il ərzində cəmi 7 min ədəd satılıb. Lakin narahatlığa əsas yoxdur – "Acura" artıq TLX modelini yeni elektrik krossoveri "RSX" ilə əvəzləməyi planlaşdırır.

Audi A4
Texniki baxımdan, "Audi A4" adı tam olaraq ləğv edilmir. Brend hazırda davam edən elektrikləşmə proqramı çərçivəsində model çeşidini sadələşdirir. Benzin mühərrikli A4 yerini benzin mühərrikli A5-ə verəcək. "Audi" isə yaxın gələcəkdə A4 adını elektrik mühərrikli bir modeldə yenidən təqdim etməyi planlaşdırır. Bununla belə, mövcud model 2025-ci il buraxılışından sonra istehsaldan çıxacaq. Onun ardınca isə başlanğıc qiyməti 45 min 395 ABŞ dolları olan, 2,0 litrlik turbo benzin mühərrikli, idman xarakterli kompakt lüks sedan bazardan gedəcək.

BMW X4
"BMW X4" ilk dəfə 2014-cü ildə təqdim ediləndə kifayət qədər diqqət çəkmişdi. Lakin ötən on il ərzində alıcıların bu fərqli dizaynlı lüks yolsuzlu avtomobilinə marağı azalıb. Məlumatlara görə, "BMW" X4 modelinin istehsalını 2025-ci ildən sonra dayandıracaq. Narahat olmayın, şirkətin yeni "X2" krossover kupesi bu seqmentdə yerini dolduracaq.

BMW 8 Series
Bəlkə də "BMW"-nin istehsalda olan ən gözəl modeli olan 8 Series kupesi və Gran Coupe versiyalarının istehsalı 2025-ci ildən sonra rəsmi olaraq bitəcək. Hazırkı nəsil 8 Series 2018-ci ildə təqdim olunub və onun bazasında dördqapılı Gran Coupe, kabriolet və M8 kimi modellər yaradılıb. Bütün bu versiyalar da tarixə qovuşacaq.

BMW M8 Competition
"BMW M8 Competition" kupe 2008-ci ildə təqdim olunub. 4,0 litrlik ikiqat turbo V8 mühərriki ilə 617 at gücü və 553 funt-fut fırlanma anı yaradan bu model cəmi 3 saniyəyə 0-dan 60 mil/saat sürətlənə bilirdi. 8 Series ailəsinin istehsalı dayandırıldığından, M8 Competition da 2025-ci ildən sonra bazarda olmayacaq. Bu modelin gedişi ən çox təəssüf doğuranlardan biri olacaq.

BMW XM (əsas versiya)
XM modeli "BMW" üçün uğurlu olmadı. Bu il satış göstəricilərinə görə şirkətin ən zəif nəticə göstərən avtomobili oldu və 2024-cü ildə ABŞ-da ən az satılan "BMW" modeli seçildi. Lakin XM tam olaraq bazardan çıxmır – sadəcə olaraq, əsas versiyanın istehsalı dayandırılır. Şirkət yalnız daha güclü "XM Label" versiyasını təklif edəcək. Bu versiyada 4,4 litrlik ikiqat turbo V8 hibrid mühərrik var və 577 at gücü hasil edir. 2025-ci ildə bu modelin başlanğıc qiyməti 187 min 625 ABŞ dolları olacaq.

Cadillac XT4
"Cadillac XT4" yeni "Chevrolet Bolt" modelinə yer açmaq üçün istehsaldan çıxarılıb. Brendin kompakt krossoveri olan XT4-ün istehsalı bu ay başa çatıb. Bu avtomobil 2019-cu ildə debüt etsə də, heç vaxt yüksək satış nəticələri əldə etməmişdi.

Cadillac XT6
XT4 artıq istehsaldan çıxıb, XT5 isə siyahıya əlavə olunmaq üzrədir. "Cadillac" bu dəfə də üç sıralı XT6 modelinin istehsalını dayandıracaq. 2024-cü ildə cəmi 20 mindən bir qədər çox satılan XT6, debütündən bəri brendin ən zəif satış göstəricilərindən birinə sahib olub. Yaxın zamanda yeni "Escalade" və elektrik "Escalade iQ" modellərinin bazara çıxması ilə şirkət XT6 modelinə ehtiyac görmür. Bununla belə, XT4, XT5 və XT6 Çində istehsalda qalacaq.

Chevrolet Blazer (benzin versiyası)
"Chevrolet Blazer" brend üçün çox uğurlu olmayıb. 2024-cü ildə satışları 20 faiz azalıb. Elektrik Blazer modelinin uğurlu debütündən sonra şirkət benzinlə işləyən versiyanın istehsalını dayandırmağa hazırlaşır. Rəsmi təsdiq olmasa da, bu qərarın gələn il qüvvəyə minəcəyi gözlənilir.

Ford Escape
Bu modelin yanında ulduz işarəsi var. 2024-cü ildə 146 min 859 ədəd satılaraq "Ford"un F-Series, Transit və Explorer-dən sonra ən çox satılan dördüncü modeli olsa da, kompakt krossoverin gələn ildən bazardan çıxarılacağı bildirilir. Maraqlıdır ki, "Escape" adı 2026-cı ildə qalacaq, amma yalnız bəzi ştatlarda satılacaq. Məlumatlara görə, gələn ildən etibarən Kaliforniya, Massaçusets, Nyu-York, Oregon, Vermont və Vaşinqton ştatlarında bu modeli almaq mümkün olmayacaq.

Sərvanə Rəmixanova